Akif Əli: "Türkiyədə hər yerdə bir cümlə eşidirəm: "Yardıma ilk qoşan can-Azərbaycan oldu!"

Akif Əli: Türkiyənin kədəri bizim kədərimizdir…
…Zəlzələ gecəsinin səhəri başqa bir Türkiyədə oyandıq. Paytaxt Ankarada insanlar pərişan, insanlar qəzəbli, gözləri yaşlı idi… Böyük fəlakət baş vermişi!
Ölkə elə bir faciə ilə üzləşmişdi ki! Yüz il boyu görünməyən dağıdıcı zəlzələ Türkiyənin bir parçasını vurub darmadağın etmişdi. İnsan müsibətlərinin miqyası sözlə ifadə edilməyəcək dərəcədə böyük idi, ağrısı dəhşətli idi. Şəhərlər yerlə yeksan olmuş, binalar yıxılmış, yollar dağılmış, tarlalar, bağlar, bağçalar ürəklər kimi parçalanmışdı…
Akif Əli: Ağır panellərin, dəmirlərin, divar daşlarının altında qalan qoca, cavan, qadın, qız, uşaq nalələri dünyanı bürümüşdü. Çarəsiz adamların "Kömək edin!" fəryadı yerin təkindən qalxıb ərşə ucalırdı…
O ağır günlərdə bütün türklərin qəlbi bir olub Qəhrəmanmaraş, Adana, Hatay, Şanlıurfa, Diyarbəkir, Adıyaman, Qaziantep, Osmaniyə ellərində vururdu; bütün diqqətlər o bölgəyə dikilmişdi. Zəlzələnin fəsadlarını aradan qaldırmaq, insanlara kömək etmək, təsəlli vermək, arxa-dayaq olmaq üçün prezident başda olmaqla bütün hökumət yetgililəri, nazirlər, millət vəkilləri, sadə vətəndaşlar fəlakət zonasına üz tutmuşdular.
Zəlzələ bölgəsindən tele-reportajlarda ürəkparçalayan mənzərələrin şahidi olduq! Türk xalqının necə dözümlü, iradəli, qüdrətli olduğunu gördük! Necə mütəşəkkül olduğunu, afət zonasında əlbi-dilbir olab necə igidliklə çalışdığını, necə mərhəmətlə bir-birinə dayaq durduğunu, qayğı göstərdiyini gördük. Və Türk xalqının həqiqətən yenilməzliyinin, sınmazlığının şahidi olduq.
Uzaq 1923-cü ildə köhnə imperiyanın küllüklərindən doğulan Türkiyə, sanki 100 il sonra – 2023-cü ildə də təbii fəlakət xarabalıqlarının içindən yenidən doğulurdu!
Bu doğuluşa bütün dünya şahidlik etdi. Dünya Türkiyəyə yardıma qalxdı. Siyasi mövqeyindən, dövlətlərarası münasibətdən asılı olmayaraq Amerikadan Yaponiyayadək bütün ölkələr xilasetmə, arama-qurtarma işlərinə tələsdi. Zəlzələyədək az qala müharibə həddində olan Yunanıstan da, hətta dalaşqan makron Fransası da yardıma gəldi. Çünki bu an düşmənçilik yeri deyildi.
Siyasi ambisiyalar nümayiş etdirmək, müharibə qanunları ilə davranmaq məqamı deyildi. İndi uçqunlar altında qalmış yüz minlərlə insanın həyatını qurtarmaq, evsiz-eşiksiz, köməksiz, geyimsiz, yeməksiz, susuz qalmız insanlara yardım etmək – İnsanlıq vəzifəsi idi. Və hər kəs əlindən gələn qədər o İnsanlığı göstərdi (Tək bir murdar tayfanın: "Biz də Türkiyəyə yardım adı ilə zəhərli qidalar göndərək, qoy ölən daha çox olsun" – deyə idbarlığını büruzə verən erməni gədələrindən başqa, hamı)…
Akif Əli: Ankarada hara getsəm hüznün, sükunətin, kədərin içində türk qardaşlarımızdan mütləq bir təsəlli cümləsi də eşidirdim. Küçədə, nəqliyyatda, tele-radiolarda da bu cümlə tez-tez səslənir: "Yardıma ilk qoşan can-Azərbaycan oldu!"
Bu əlbəttə, qürur doğurur! Ölkəmizin, Xalqımızın, Dövlətimizin nə qədər ali olduğunu bir daha həm özümüzə, həm də dünyaya xatırladır. Və o böyük kədərin içərisində düşünürəm ki, bir zamanlar mənfur qonşularımız bizi az qala adamyeyən vəhşilər kimi qələmə vermişdilər və dünya da buna inanıb onları dəstəkləyirdi. Amma indi hamı bizi də tanıyır, onları da; və məhz başı əzilən mənfur şərbaz qonşularımızın vəhşi, ibtidai, tayfa sürüsü olduğunu görüb endirdiyimiz yumruğa haqq qazandırır. Dünya çox dəyişib!
Ölkə xaricində olan hər Azərbaycanlı üçün bilsəniz bu nə qədər qürur doğurucu bir stimuldur. Atalar nahaq deməyib: haqq nazilər, amma üzülməz!
Biz bu gün böyük Atatürkün sözlərini xatırlayıb eynisini təkrarlayırıq: Türkiyənin kədəri bizim kədərimizdir…
Bir millət – iki dövlət amalı ilə Azərbaycan xalqının bu günlərdəki humanistliyi, Bakıda, Gəncədə, Sumqayıtda, digər şəhər və kəndlərimizdə yardıma tələsən insanlarımızın coşqusu heç də adi yardım davranışı deyildir. Bu böyük xalq hərəkatı həm də xaricdə olan, yaşayan, işləyən hər bir Azərbaycanlıya da dəstək anlamına gələn qürur mənbəyidir. Başını dik tutaraq gəzməsi üçün, arxamızda qeyri-adi dərəcədə alicənab xalqın, humanist dövlətin, gözəllər gözəli bir ölkənin dayandığını göstərən amildir.
Akif Əli: Təbii, Azərbaycan adını hər zaman uca tutan bir vətəndaş olaraq, mən də soydaşlarımızdan geri qalmamağa çalışdım. Ankarada hamı kimi mən də yardım prosesinə qatılıb, imkanım çatan qədər zəlzələdən ziyan çəkənlərə maliyyə köməkliyi göstərdim (Əlbəttə, yardımın qədəri önəmli deyil; əsas insanın niyyəti, amalı və əməli düz olsun…). Ölkədən kənarda olsam da, ilk növbədə Vətənimi düşünərək bu addımı atmışam. Əgər hər zaman Azərbaycanla Türkiyə bir-birinin yanındadırsa, hər bir Azərbaycan vətəndaşı da dünyanın harasında olmasından asılı olmayaraq, Vətəninin yanında olmalı, onun adını uca tutmalıdır.
Tanrı gözəl Ölkəmizi, Xalqımızı, Dövlətimizi qorusun!
Tanrı Türkiyə-Azərbaycan dostluğunu qorusun!
Tanrı Türkə yar olsun!
Akif ƏLİ,
Yazıçı-publisist, Ankara / konkret.az

Hadisə       Tarix: 11 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az