Alimlər koronavirusa qarşı təsirli bitkinin olduğunu açıqladılar

Alimlər koronavirusa qarşı təsirli bitkinin olduğunu açıqladılarKopenhagen Universitetindən və Almaniyadakı Maks Plank Kolloidlər və İnterfeys İnstitutunun alimləri yovşanın tərkibindəki artemisinin istifadəsinin koronavirus infeksiyasının müalicəsində effektiv olduğunu sübut ediblər.
Azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə "Science" elmi jurnalında dərc olunmuş məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, alimlər araşdırmaları nəticəsində hazırda qlobal miqyasda dolaşan SARS-CoV-2 ştamlarının çoxu ilə oxşar olan, başqa sözlə, ilkin Uhan ştammından fərqlənən COVID-in Almaniya və Danimarka variantlarının müalicəsində artemisinindən istifadənin effektivliyini təsdiq ediblər.
Məqalə müəllifləri həmçinin qeyd ediblər ki, artemisinin əsaslı dərmanlar yalnız təhlükəsiz deyillər, həm də nisbətən aşağı xərclərlə dünya səviyyəsində yayılma perspektivinə malikdirlər.
Bundan əlavə, alimlər artemisinindən alınan artesunat və artemeter maddələrinin də koronavirusu məhv etməyə qadir olduğunu aşkar ediblər. Hazırda artemisinin və ondan alınan maddələr Afrikada ən çox yayılmış xəstəliklərdən biri olan tropik malyariyaya qarşı dərmanın komponentləri kimi istifadə olunur.
Alimlər yaxın zamanlarda artemisinindən hazırlanan potensial preparatların COVID-19 ilə mübarizədə effektivliyini təyin etmək üçün klinik sınaqlara başlamağı planlaşdırırlar.

Sosial       Tarix: 21 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda qəzada ölən qazi dəfn edilib

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. xəbər verir ki, ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığınd

Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib. Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman bu gün müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. . Mərhu

Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Əmrə əsasən, Tərlan Əliye

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımı

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

İnsan ölənə yaxın bu 4 sözü deyir

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. Tanınmış onkoloq


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun meherremlik 2026 cəbhədən son durum son xəbər