Almaniya iqtisadiyyatı niyə zəifləyir? - SƏBƏB
Dünyanın ən güclü iqtisadiyyatına sahib ölkələrdən biri Almaniya son vaxtlar böhran içindədir və durğunluq yaşayır. Beynəlxalq Valyuta Fondu (BVF) Almaniya iqtisadiyyatı üçün bədbin proqnoz verib. Son hesablamalara görə, Almaniyanın iqtisadi artımı bu il sıfır səviyyəsində qalacaq və gələn il cəmi 0,8 faiz artacaq. Rəsmi Berlin bu il "G7" ölkələri arasında ən zəif artıma sahib olacaq. BVF durğunluğun əsas səbəbi kimi büdcənin daralmasın göstərir.
Bundan əlavə, ölkədə uzun müddətdir yaşanan struktur problemləri, xüsusilə ixtisaslı kadrların olmaması və istehlakçıların xərcləmədə istəksizliyi artıma mənfi təsir göstərir. Almaniya hökuməti isə BVF-dən fərqli bir qiymətləndirmə aparır və 2024-cü il üçün tənəzzül proqnozlaşdırır, lakin 2025-ci ildə artımın 1,1 faiz olacağını təxmin edir. Eynilə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 2025-ci ildə Almaniya üçün 1 faiz artım proqnozlaşdırır. Almaniya Kansleri Olaf Şolts da dəfələrlə bu narahatlığı dilə gətirib.
Bundan başqa, adıçəkilən ölkənin Ticarət və Sənaye Palatasının (DIHK) rəhbəri Peter Adrian da təhlükə barədə xəbərdarlıq edib, Hökumət rəsmisi bunları deyib:
"Almaniya və onun iqtisadiyyatı tənəzzül içindədir. Biz Avropada istehsalı yenidən koronavirusdan əvvəlki səviyyədən aşağı olan bir neçə ölkədən biriyik. Əhval-ruhiyyə bəzən çox pis olur, xüsusən də orta şirkətlər arasında".
Şübhəsizdir ki, iqtisadi çöküşə əsas səbəblərdən biri də Rusiya – Ukrayna müharibəsidir. Geopolitik gərginliklər səbəbindən Rusiyadan enerji mənbələrinin tədarükündən imtina edilməsi, yüksək qiymətlərə səbəb oldu ki, bu da istehsal və rəqabətliliyə təsir etdi.
Bununda nəticəsidir ki, son günlər adıçəkilən ölkə etiazlar başlayıb. Bir neçə məşhur avtomobil şirkəti də maaşların artımını tələb edirlər.
Məlik,
KONKRET.az

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək