Almaniya səfiri Merih Demirala görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, almaniyalı diplomat ölkəsinin daxili işlər naziri Nensi Faserin Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə matç çərçivəsində Bozqurd salamı verən Türkiyə yığmasının futbolçusu Merih Demirala qarşı UEFA-dan sanksiya tələbi ilə bağlı Xarici İşlər Nazirliyinə dəvət olunub.
Türkiyə XİN UEFA-nın Merih Demirala qarşı araşdırma başlatmasını qəbuledilməz adlandırıb.
"Digər tərəfdən, Almaniya Federal Konstitusiyasını Müdafiə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda hər Bozqurd salamı verən şəxsin radikal sağçı adlandırıla bilməyəcəyi və Bozqurd işarəsinin Almaniyada qadağan olunmuş simvol olmadığı vurğulansa da, Merih Demirala qarşı Almaniyanın səlahiyyətli şəxsləri tərəfindən göstərilən reaksiyaların özü ksenofobiyadır
Biz idman tədbirinin qeyd olunması zamanı heç kimin hədəf alınmadığı şəkildə tarixi və mədəni simvoldan istifadə edilməsinə siyasi motivli reaksiyanı pisləyirik". (Apa)

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi