Almaniya XİN rəhbəri: "İrana qarşı sanksiyalar genişləndirilməlidir"
" class="imgbcode" />"İranın İsrailə hücumundan sonra Tehrana qarşı sanksiyalar Avropa İttifaqı (Aİ) səviyyəsində genişləndirilməlidir".
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
"Mən sanksiyaları genişləndirməyimizi təklif edirəm, çünki biz İranın hərəkətlərinin nə qədər təhlükəli olduğunu görürük", – deyən Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığı zamanı yəhudi dövlətinə hücumu kəskin şəkildə pisləyib.
Berbok həmçinin İran tərəfindən ələ keçirilən MSC Aries gəmisinin azad edilməsinə və bölgədə gərginliyin azaldılmasına yardım etməyə çağırıb.
Günün əvvəlində İsrailin xarici işlər naziri İsrael Katz Britaniyanın xarici işlər naziri Devid Kemeron və Fransanın xarici işlər naziri Stefan Sejournet ilə söhbəti zamanı onları İranı zəiflətməyə və onun raket proqramına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu