"Alternativ"dən yeni layihə: "FarmHER
"Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üzrə "FarmHER" layihəsinin icrasına başlayıb.
Bu barədə "Alternativ" İctimai Birliyinin sədr müavini Jalə Quliyeva məlumat verib.
Jalə Quliyeva bildirib ki, "FarmHER" layihəsi "Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən "Azercell"in sponsorluğu ilə "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı" çərçivəsində icra olunur. Layihə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılmasını əhatə edir.
O qeyd edib ki, "FarmHER" layihəsi kənd qadınlarını aqrobiznes bilikləri ilə təmin etməklə iqtisadi müstəqilliyini və ümumi rifahını artırmaq məqsədi daşıyır. Əsas diqqət qadınların praktiki təlimlər vasitəsilə davamlı kənd təsərrüfatı, bazara çıxış, maliyyə idarəçiliyi, innovasiyalara və sahibkarlıq strategiyaları üzrə bacarıqlarla təchiz edilməsinə yönəlib. Təcrübəli təlimçilər tərəfindən kənd yerlərində yaşayan qadınlara uyğunlaşdırılmış təlimlər qadınların aqrobiznes sahibkarına çevirilməsinə təkan verəcək.
Jalə Quliyeva vurğulayıb ki, "FarmHER" müasir əkinçilik, heyvandarlıq texnikaları, davamlı təcrübələr və aqrobiznesin idarə edilməsi üzrə hərtərəfli təlim proqramlarını nəzərdə tutur. Buraya praktiki təlimlər və rəqəmsal resurslara çıxış daxildir. Təlimlər aqrobiznesin əsaslarına, məhsulun idarə olunmasına, zərərvericilərə qarşı mübarizəyə, marketinq strategiyalarına, innovasiya və texnologiyanın mənimsənilməsinə diqqət yetirən interaktiv sessiyaları əhatə edəcək. Effektiv əkinçilik və heyvandarlıq texnikası və texnologiyalarını nümayiş etdirmək üçün praktiki nümayişlər həyata keçiriləcək. İştirakçılar onlara məsləhət və dəstək verə biləcək təcrübəli mentorlarla təmin ediləcək.
Layihə kənd təsərrüfatı ilə məşğul olan və ya öz aqrobiznes müəssisələrini qurmaq potensialına malik olan kənd qadınlarını hədəfləyir. Bura kiçik fermerlər, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə başlamaqda maraqlı olan qadınlar və mövcud kənd təsərrüfatı təcrübələrini təkmilləşdirmək istəyənlər daxildir. Layihə Şamaxıda həyata keçiriləcək və rayonun kəndlərini əhatə edəcək. Layihədə 25 nəfər kənd qadınının iştirakı nəzərdə tutulur.
Təlimlərdə iştirak edən qadınlara sertifikat veriləcək. / azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var