Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi
Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraət verilməsini və ya işin yenidən araşdırılmasını xahiş edib.
Rəşad Abdulovun sədrlik etdiyi yüksək instansiya məhkəməsinin hakimləri belə qənaətə gəliblər ki, məhkum şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb. Bu əsasla Ə.Əliyev barədə ömürlük azadlıqdan məhrumetmə qərarı qüvvədə saxlanılıb.
Bununla da ana və iki azyaşlı övladının ölümünə səbəb olan məhkum ömürlük Qobustandakı qapalı həbsxanada qalacaq.
Qeyd edək ki, hadisə 2022-ci ildə Bakının Nizami rayonunda baş verib. 39 yaşlı Gülnar Qaraxanova və iki azyaşlı övladı kirayə yaşadıqları evdə kəsici-deşici alətlə xüsusi amansızlıqla öldürülüblər.
Məhkum Ə.Əliyev əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd məktəbinin direktoru olub.
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var