ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır".
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumatda deyilir.
Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə - DAYANIN, hərəkət etməyin!
Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!
Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!
Qeyd edək ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.
Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

Sosial       Tarix: 20 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşları

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməy

Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinat onun uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) və qurumun əvvəlki rəhbərlərinin də gündəm

İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat

Sumqayıt Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vəzifəsindən azad edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmr imzalayıb. O, direktorun başqa bi

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar

Bahalaşan mənzillər: Bakıda kirayə haqqı niyə artır?

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankını

Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA

İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 202

Bu sənədi almaq istəyənlər daha çox pul ödəyəcək

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin 20 manatdan 3


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 bu gunun xeberleri xeberler azerbaycan son xeberler bugun 2026 canli