Ananın azyaşlı oğlunu şişlə dağlamasının təfərrüatı məlum olub
Tərtər rayonunda ana azyaşlı oğlunu şişlə dağlayaraq işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Open.az xəbər verir ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini, işgəncələrə məruz qaldığı iddia olunan azyaşlının anası Könül Dünyamalıyeva "Report"un Qarabağ Mərkəzinə hazırda boşanmaq üzrə olduqları və uşağın atasının aliment ödəməməsi üçün şər-böhtan xarakterli məlumatlar yaydığını bildirib: "2010-ci ildə Laçın rayon məcburi köçkünü Rafiq Dünyamalıyevlə ailə həyatı qurmuşuq. Bu izdivacdan biri oğlan, biri qız olmaqla iki övladımız var. Bir ildən çoxdur ki, həyat yoldaşımdan ayrı yaşayırıq. Rəsmi olaraq ayırlmasaq da, 5 yaşlı qızımız mənimlə, 9 yaşlı oğlumuz atası ilə birgə qalır. Boşanmaq üçün Tərtər Rayon Məhkəməsində müraciət etmişik. Hazırda rayon məhkəməsində işə baxılır. Yayılan xəbərlər tamamilə əsassız və uşağın atasının rəsmi olaraq boşandıqdan sonra aliment ödəməməsi üçün uydurmalarıdır".
"Report"un Qarabağ Mərkəzinin əməkdaşları azyaşlının anası Könül Dünyamalıyevanın fikirlərinə aydınlıq gətirmək üçün qarşı tərəf olan, Bərdə rayonunun Soğanverdilər kəndində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, azyaşlı oğlanın atası Rafiq Dünyamalıyevlə görüşüb.
O, bildirib ki, uşaq xəstə olduğu üçün 9 ay əvvəl müalicəsi üçün anasının yanına göndərib və hadisə də uşağın anasının yanında olduğu zaman baş verdiyini bildirib: "Uşağı anasının yanına göndərdikdən bir neçə gün sonra mənə zəng edərək anasının onu döydüyünü, işgəncə verdiyi dedi. Mən də getdim uşağı öz yanıma gətirdim. Gördüm ki, uşağın anası Könül Dünyamalıyeva şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Bu hadisədən sonra uşağı gətirərək öz yanımda saxladım. Daha sonra uşağın yaralarının ciddi olduğunu görüb, polisə məlumat verdim".
Qeyd edək ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Könül Bəhlul qızı Dünyamalıyevanın himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Telman Rafiq oğlu Dünyamalızadəyə işgəncə verməsi ilə bağlı məlumat yayılıb.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /open.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var