"Anar Əsədlinin həbsinin siyasi motivlərə bağlanması absurddur" - Deputat

"Yüksəliş Partiyasının sədri Anar Əsədlinin həbsinin siyasi motivlərə bağlanması absurd bir fikirdir. Məsələni araşdırmadan, məlumat almadan bəzi müxalifətçilər elə düşünür ki, müxalifətçi istədiyi hər şeyi edə bilər. Hələ də bəzi qisim müxalifətçilər hamının qanun qarşısında bərabər olduğunu və qanun qarşısında cavab verməli olduğunu dərk etmək istəmir. Yaxud dərk etsə də bundan öz siyasi çıxarları üçün istifadə etməyə çalışır".
Bunu azxeber.com-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
"Partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq, bir şəxslə bağlı şikayət varsa, əlbəttə ki bu məsələ araşdırılmalıdır. Kimsə dələduzluq edirsə hüquqi müstəvidə qarşılığını almalıdır. Bu baxımdan hər hansı siyasi partiya sədri də hər şeydən öncə vətəndaş olaraq davranışlarına görə qanun qarşısında məsuliyyət daşıyır. Anar Əsədli barəsində öz tanışı olan şəxslər şikayətçi olub. Burada dələduzluq faktı var. Maraqlıdır ki, bu məsələyə siyasi don geyindirənlər nə düşünür? Anar Əsədli müxalif partiyanın sədridir deyə qarşı tərəfin hüquqları tapdalanmalıydı? Əlbəttə ki yox. Biz hüquqi dövlətdə yaşayırıq. Azərbaycan Respublikasının qanunları hər şeydən üstündür. Hamı da bu qanun qarşısında məsuliyyət daşıyır. Bəzi siyasətçilər var ki, siyasi baxışından özünü müdafiə sistemi kimi istifadə etməyə çalışır. Belə siyasətçilər hesab edir ki, qanundan kənar hərəkət etsələr də sonda əməllərinə siyasi don geyindirməklə şantaj üsuluna keçə bilərlər. Ancaq bu tamamilə məntiqsizdir. Məsələyə bu cür yanaşanlar, elə Anar Əsədlinin özü və yaxınları siyasi fəaliyyəti məsuliyyətdən yayınma vasitəsinə çevirmək istəyir. Ancaq 90-cı illərdən qalma müxalifətçilər hələ də anlamır ki, Azərbaycan cəmiyyəti kifayət qədər savadlı cəmiyyətdir və belə siyasi oyunların vasitəsinə çevrilməz. Bu baxımdan Anar Əsədli də qanunun hökmü ilə razılaşmalı və hələ üstəlik partiya sədri olduğu üçün, partiya üzvləri qarşısında müəyyən imici və məsuliyyəti olduğu üçün dürüst davtanmalıdır".

Sosial       Tarix: 24 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber ən son xəbərlər bugün cəbhədən görüntüleri en son xeberler