Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur

Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudurİspaniya millisinin ulduzu Fabian Ruiz dünya çempionu olduqdan sonra təsirli həyat hekayəsi ilə gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, o, qızıl medal sevincini anası ilə birlikdə qeyd edib.
Çünki anası Fabianın futbolçu olmasında çox böyük rol oynayıb.
Belə ki, Ruiz hələ uşaq olarkən valideynləri ayrılır. Anası isə 3 uşağına tək baxmaq məcburiyyətində qalır. O, müxtəlif işlərdə çalışır.
Bir gün "Betis" klubunun skautları Fabianı kəşf edir və onun istedadlı olması barədə klub rəhbərliyinə məlumat verilir. Ruiz akademiyaya cəlb edilir. Həmin vaxt onun anası Çariyə də klubda xadimə işi təklif edilir. Məqsəd isə sırf Ruizin rahatlığı olur.
Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudurÇari bu təklifi tərəddüd etmədən qəbul edir. O, hər səhər stadiona gəlir, paltardəyişmə otaqlarını, dəhlizləri və tribunaları təmizləyir. Həmin vaxt isə Fabian yaxınlıqdakı meydançalarda peşəkar futbolçu olmaq arzusu ilə məşq edir…
İllər sonra Ruiz etiraf edib ki, həmin dəhlizlərdə anasını işləyərkən görmək onda qarışıq hisslər yaradıb. O, həmçinin yeniyetmə yaşlarında bəzən gələcəkdə peşəkar futbolçu olmağı arzuladığı klubda anasının döşəmələri sildiyini görməkdən utandığını da sözlərinə əlavə edib: "Zaman keçdikcə bu utanc hissi yox oldu, onun yerini isə yalnız qürur hissi aldı".Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudurFabian "Betis"in akademiyasında yetişərək əvvəlcə "Napoli"yə, daha sonra isə PSJ-yə transfer olunur.
Anası da öz arzularından da əl çəkmir. Klubda uzun illər işləməklə yanaşı, psixologiya təhsili alır və universiteti uğurla bitirir. Bununla da ailədə əzmkarlığın təkcə oğula məxsus olmadığını sübut edir. "Betis"də 15 il çalışdıqdan sonra artıq bu işə ehtiyacı qalmadığı üçün təqaüdə çıxır.
Uzun illərin zəhmətinin ən böyük mükafatı isə DÇ-də gəldi. Oğlu üçün "Betis"də xadimə olaraq çalışan Çari Fabian Ruizin dünya çempionu olmasını canlı izlədi. 
Ruiz isə mundialın finalında İspaniyanın Argentinanı məğlub edərək çempion olmasında əsas rollardan birini oynadı. O, həmçinin yarımfinala vəsiqə qazandıran qolu vuraraq diqqəti özünə cəlb etdi.
Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudurMaraqlıdır ki, Fabian Ruiz meydanda olduğu müddətdə İspaniyanın əsas millisi indiyədək keçirdiyi heç bir oyunda məğlub olmayıb.
Beləliklə, vaxtilə anasının məşq etdiyi stadionu təmizlədiyini görən balaca Fabian bu gün dünya çempionuna çevrilib. Və bəlkə də, bu uğuru hamıdan çox qeyd etməyə layiq olan insan məhz onun anasıdır."Qafqazinfo"

İdman       Tarix: 21 iyul 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber krimnal bugun son.xeber cəbhədən son dəqiqə