Ançelotti Ardaya əsəbiləşdi
Çempionlar Liqasının 5-ci həftəsində Real Madrid Liverpula 2-0 məğlub olub.
KONKRET.az xəbər verir ki, 19 yaşlı oyunçu Arda Gülər karyerasında ilk dəfə ÇL-in matçına "11-lik"də başlayıb. O, yarımmüdafiənin sağ cinahında yer alıb və cərimə meydançasına girməklə qol vurmağa çalışıb.
Qarşılaşmada iz buraxan məqam isə Arda Gülərin qaçırdığı zərbədən sonra Ançelottinin reaksiyası olub. Matçda Ançelottinin milli futbolçuya hər iki əlini açıb "Arda" deyə qışqıraraq reaksiya verdiyi bildirilib.
Matçdan sonra keçirilən mətbuat konfransında Ançelotti deyib ki, Arda müdafiədə yaxşı oynasa da, oyun zamanı daha uğurlu seçimlər edə bilərdi. "O, bu keyfiyyətə sahib futbolçudur. Arda çox gəncdir. Sadəcə olaraq, təcrübə baxımdan əskikliyi var" – deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, Arda Güləri 56-cı dəqiqədə Lukas Vaskes əvəzləyib./milliaz

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib