"Apple" azərbaycanlı tələbəyə mükafat göndərdi - Gömrük rüsum aldı

Azərbaycan Texniki Universitetinin tələbəsi "Apple" şirkətinin hər il keçirdiyi "Swift Student Challenge" kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.
azxeber.com "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Azərbaycan internet Forumunun prezidenti Osman Gündüz feysbuk hesabında yazıb.
O.Gündüzün sözlərinə görə, bu yarışma çox spesifikdir, yarışma yalnız "Apple" şirkəti məhsulları üçün nəzərdə tutulan Swift proqramlaşdırma dili üzrə keçirilir:
"Mən bildiyim qədər Azərbaycanda bu tip bacarıqlara sahib olanların sayı barmaqla sayıla bilər. Qalib tələbəmiz şirkətdən rəsmi sertifikat və mükafat qazanıb. "Apple" gəncin mükafatını da poçtla göndərib. Nüfuzlu bir şirkət göndəriş sənədində də göndərilən malın mükafat olduğunu qeyd edib. Hər şey də bundan sonra başlanıb. Qalib tələbəmiz Smart Customs-da simvolik bir gömrük dəyərini qeyd edərək bəyan edib və böyük bir həvəslə  mükafatı götürmək üçün Hava Limanındakı gömrük qurumuna gedib. Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb mükafatı qalibə veriblər.
Belə görünür ki, DGK hələ də hədiyyə və mükafat məsələsinin gömrük tənzimlənməsini qaydaya sala bilməyib. Əlbəttə zaman –zaman hədiyyə ilə bağlı da belə problemlər olur. Amma DGK uzun illərdi ki, beynəlxalq yarışlarda qazanılan mükafatları da hədiyyə kateqoriyasına daxil edib dərhal gömrük rüsumu tələb edir.
Əslində isə hədiyyə və mükafatlar bir-birindən fərqlidir. Onda belə çıxır ki Nobel Mükafatı ( 1 milyon auro) alan bir alimimiz 300 min də rüsum ödəyib bu mükafatı ölkəyə gətirə bilərmiş. Bəlkə elə buna görə bizim alimlərimiz bu mükafatı istəmirlərmiş (gülür)".
Xatırladım ki, çox sayda beynəlxalq yarışlarda mükafat qazanan vətəndaşlarımız da zaman-zaman belə problemlə üzləşiblər.
Bu, doğru bir hal  deyil və uzun müddətfdir ki, DGK bu problemi həll etməyə təşəbbüs göstərmir, hökumətə təkliflər vermir.
DGK tez -tez elan edir ki, peşəkar, xaricdə oxuyub gələn kadrları var, gömrükdə süni intellekt və innovasiyalar  tətbiq edirlər. Düşünürəm ki , əgər deyilənlər reallığı əks etdirirsə, DGK-da əyləşənlər mükafatı hədiyyədən, hədiyyəni də digər mallardan fərqləndirən ağlabatan bir mexanizm qura bilərlər".

Sosial       Tarix: 05 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşmas

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artara

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan"

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj


son xeberler azerbaycan xeberleri yeni xeberler butun xeberler xeberler bugun krminal bu gun en son xeber