AQTA əkin sahəsində monitorinq aparıb: Nöqsanlar aşkarlanıb

AQTA əkin sahəsində monitorinq aparıb: Nöqsanlar aşkarlanıbAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri Ağdam, Ağcabədi və Bərdə rayonlarının ərazisində yerləşən 25 soğan təsərrüfatında monitorinqlər aparıb.
Bu barədə azxeber.com-a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, Ağdam rayonunda saxlanma yerlərindəki soğanın çürüməsi barədə daxil olan müraciət və Milli Monitorinq Planına əsasən həyata keçirilən monitorinqlər zamanı torpaqdan, həmçinin yetişdirilən və 2 anbarda saxlanılan soğan məhsulundan nümunələr götürülüb. 78-i karantin-ekspertiza, 67-si PZR olmaqla, ümumilikdə 145 nümunə müvafiq laboratoriyaya təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən, 1 təsərrüfatdan götürülmüş torpaq nümunəsində qızılı kartof nematodu, 2 anbardan götürülmüş nümunədə qara kiflilik, 1 təsərrüfata məxsus sahədən götürülmüş məhsulda soğan kök gənəsi, 6 təsərrüfatda tütün tripsi, 6 təsərrüfatda isə soğan yarpağının çürüməsi xəstəliyi aşkarlanıb.
Laborator nəticələrin, o cümlədən simptomların təhlili göstərir ki, hazırda soğan sahələrində mövcud olan problemin əsas səbəbi tütün tripsi (Thrips tabaci) və onun zədələdiyi toxumalarda inkişaf edən göbələk mənşəli ikincili infeksiya-soğan yarpağının çürüməsi (Stemphylium vesicarium) xəstəliyidir. Bununla yanaşı, tütün tripsi əsas olmaqla, digər sorucu həşəratların səbəb olduğu göbələk və virus mənşəli bitki xəstəliklərinin, eləcə də soğan məhsulunun saxlama şərtlərinə əməl edilməməsinin bu problemi yaratdığı istisna olunmur.
AQTA soğan yetişdirən təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, tütün tripsi ilə mübarizə məqsədilə zərərverici ilə sirayətlənmiş bitki qalıqları sahədən çıxarılmalı və məhv edilməli, sahə alaq otlarından təmizlənməlidir. Mübarizənin səmərəli təşkil olunması üçün yetkin fərdlərin çıxışının dəqiq müəyyən edilməsi məqsədilə feromon tələlərdən istifadə olunması məqsədəuyğundur. Bitkinin 3-5 yarpaq mərhələsində bir bitkidə 6-10 sürfə aşkar edilərsə, kimyəvi mübarizəyə başlanıla bilər. Kontakt təsirli preparatların nimfalara qarşı həmişə effektli olmaması nəzərə alınaraq, kimyəvi mübarizənin preparatın istifadə təlimatına uyğun olaraq müəyyən intervalla təkrarlanması tövsiyə edilir. Həmçinin yetkin fərdlərdə və sürfələrdə davamlılığın yaranmaması məqsədilə kontakt və sistem təsirli insektisidlərdən növbəli şəkildə və tətbiq reqlamenti nəzərə alınmaqla istifadə edilməlidir. Eyni zamanda tütün tripsi aşkarlanan sahələrdə ən azı 3 il ərzində növbəli əkin həyata keçirilməlidir. Payızda torpaq dərin şumlanmalıdır.
Qeyd edək ki, tütün tripsinin yetkin fərdləri və sürfələri bitkinin şirəsi ilə qidalanır. Tütün tripsi saxlama zamanı məhsulun yaşıl yarpaqları ilə yanaşı, soğanağa da zərər verir. Sürfə bitki qalıqlarında, sahib bitkilərdə, torpağın üst qatında, eyni zamanda anbarlarda saxlanılan soğan məhsulunun quru pulcuqlarının altında qışlayır.

Sosial       Tarix: 16 aprel 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşları

Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı

Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Hadisə rayonun Darquba kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alıb. O, Lənkəra

Bu sənədi almaq istəyənlər daha çox pul ödəyəcək

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin 20 manatdan 3

Bu şəxslər 40 manat cərimələnəcək

Son dövrlər skuterlərdən istifadə halları artıb. Lakin bəzi sürücülərin piyada səkilərində hərəkət etməsi piyadalar üçün təhlükəli vəziyyət yaradır. Bəs skuterlərin səkilərdə sürülməsi qanunla qadağandırmı? Qaydanı pozanlar

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-da

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır

Azərbaycanda qızıl və mis hasil edən "Anglo Asian Mining" şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətin


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber.az havanın temperaturu idman xeberleri son xabar