Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadıldı

Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadıldıQarabağda qondarma separatçı rejimin "prezidentləri" olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb.
"Report"un əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.
Qeyd edək ki, istintaqı Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.
Hazırda DTX-nin İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

Siyasi       Tarix: 15 may 2024
f Paylaş

Oxşar xəbərlər

Ermənistana keçən azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı

Şəki kəndinə (Zəngəzur) keçən Azərbaycan hərbçisi Nəsimi Musayev 6 atəş açaraq yerli sakin Ani Avetisyanı yaralayıb. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bu və digər detallar məhkəmə məlumatları saytında dərc oluna

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına üzv seçilib. Ölkə, həmçinin, təşkilatın Radio Tənzimləmə Komitəsində təmsil olunmaq hüququ qazanıb. Bu barədə -a Xarici İşlər Nazirliyindən məlumat verilib

Prezident Vyetnama səfər edəcək

Prezident İlham Əliyev Vyetnama səfər edəcək. KONKRET.azoperativmedia-ya istinadən xəbər verir ki, səfər Vyetnam liderinin dəvəti ilə baş tutacaq. Məlumata görə, səfər 19-21 noyabr tarixlərini əhatə edəcək

Almaniyanın xarici işlər naziri Prezident İlham Əliyevə təşəkkür edib

Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda səmimi qarşılanmaya görə təşəkkür edib. xəbər verir ki, almaniyalı nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşı

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib. xəbər verir ki, Azərbaycanın müstəqilliy

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt


yeni xeberler son xeberler azerbaycan xeberleri sou biznes son xeber 2026 hava krimnal xeber