Ararat Mirzoyan: "Bu saziş Ermənistana geosiyasi vəziyyətdən çıxmaq üçün lazımdır"
Ümid edirəm ki, İrəvan və Vaşinqton arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında dərinləşən münasibətlərin sübutu və ümumi nailiyyətlərlə dolu gələcək üçün yol xəritəsi olacaq.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünün "X"sosial hesabında yazıb:"Ermənistan-ABŞ münasibətləri o həddə çatıb ki, onların strateji tərəfdaşlığa çevrilməsi nəinki məqsədəuyğundur, həm də çətin geosiyasi vəziyyətdən çıxmaq üçün lazımdır".
Ermənistanın xarici işlər naziri həmçinin ümid etdiyini bildirib ki, Ermənistanın ABŞ-ilə imzaladığı sənəd gələcək münasibətlər üçün yol xəritəsi rolunu oynayacaq: "Qoy ABŞ dövlət katibi Entoni Blinkenlə imzaladığımız Ermənistan-ABŞ Strateji Tərəfdaşlığa dair Xartiya Ermənistan və ABŞ arasında dərinləşən münasibətlərin sübutu və birgə nailiyyətlərlə dolu gələcək üçün yol xəritəsi rolunu oynasın".
Xatırladaq ki, yanvarın 14-də Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.
Vəli Həsənoğlu,
KONKRET.az

Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək