"Araz" supermarketlər şəbəkəsi mükafata layiq görüldü
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyasında mükafata layiq görülüb. Şirkət 2024-cü ildə ekologiya və təbiətin mühafizəsi sahəsində həyata keçirdiyi layihələrə görə seçilənlərdən olub. Mükafat ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən "Araz" supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimova təqdim olunub. Mükafatlandırılma mərasimində çıxış edən M.Babayev bildirib ki, "Araz" supermarketlər şəbəkəsi nazirliklə sıx əməkdaşlıq edən, həyata keçirilən layihələrdə fəal iştirak edən ən yaxşı tərəfdaşlardan biridir. O, şirkətin təbiətin qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
"Araz" supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri R. İbrahimov 2024-cü ilin ən yaxşı tərəfdaşlarının mükafatlandırılma mərasimində iştirak etməkdən, həmçinin bu mükafata layiq görülməkdən məmnun olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, "Araz" supermarketlər şəbəkəsi ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması istiqamətində mütəmadi layihələr həyata keçirir. Xüsusilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - "COP29"un ölkəmizdə keçirilməsini nəzərə alaraq bu sahədə həyata keçirilən tədbirləri daha da genişləndirib. "Araz" "Təbiəti qorumaq mənim əlimdədir" şüarı altında ağacəkmə və təmizlik aksiyaları, ekoçantalardan istifadənin təşviqi layihələri, batareyaların, plastik və şüşə butulkaların toplanılıb təhvil verilməsi, uşaqlar arasında maarifləndirmə layihələri, müsabiqələr, eləcə də digər tədbirlərlə bu sahəyə töhfə verib.


/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var