Arda Güler tarix yazdı - karyerasında bir ilk
UEFA Çempionlar Liqasının beşinci həftəsində Liverpool öz meydanında Real Madrid-i qəbul edib.
KONKRET.azxəbər verir ki, Arda Gülerin ilk dəfə əsas heyətdə başladığı qarşılaşmada Real Madrid səfərdə Liverpool-a 2-0 məğlub oub. Arda Güler, Liverpool qarşısında Çempionlar Liqası oyununa əsas heyətdə başlayaraq karyerasında bir ilki yaşayıb.
UEFA Çempionlar Liqasının beşinci həftəsində Liverpool, Arda Gülerin oynadığı matçda Real Madrid-i 2-0 məğlub edərək turnirdə ardıcıl beşinci qələbəsini qazanıb. İngilis komandasının qollarını 52-ci dəqiqədə Aleksis Mak Allister və 76-cı dəqiqədə Kodi Qakpo vurub. Real Madrid-in oyunçusu Kilian Mbappe və Liverpool-un ulduzu Məhəmməd Salah isə penalti zərbələrini qaçırıb.
Real Madrid baş məşqçisi Karlo Ançelotti, milli futbolçu Arda Gülerə ilk dəfə əsas heyətdə şans verib. Oyunda 57 dəqiqə iştirak edən milli ulduz daha sonra yerini Lukas Vaskeza verib. 19 yaşlı Arda Güler, karyerasında ilk dəfə bir Çempionlar Liqası matçına əsas heyətdə başlamış olub.
Digər nəticələr
Digər tərəfdən, Kerem Aktürkoğlu və Orkun Kökçünün forma geyindiyi Benfica, 1-0 geri düşdüyü oyunda Monakonu 3-2 məğlub edib.
UEFA Çempionlar Liqasında oynanan matçların nəticələri:
Sturm Qrats – Girona: 1-0
Qızılulduz – Ştutqart: 5-1
PSV Eyndhoven – Şaxtar Donetsk: 3-2
Aston Villa – Yuventus: 0-0
Monako – Benfica: 2-3
Bolonya – Lille: 1-2
Dinamo Zaqreb – Borussiya Dortmund: 0-3
Seltik – Klub Bruj: 1-1
Liverpool – Real Madrid: 2-0/milliaz

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var