Argentina dünya çempionatının qaliblərini helikopterlə təxliyə etdi - VİDEO
Argentina hakimiyyəti Qətərdə keçirilən dünya çempionatında qələbəninin qeyd edilməsi mərasimində çoxlu azarkeş izdihamı olduğuna görə milli komandanın oyunçularını helikopterlə təxliyə edib.
KONKRET.az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Argentina milli komandası çempionat avtobusu ilə Buenos-Ayresin mərkəzinə qədər təxminən 17 kilometr yol qət etməli idi, lakin çoxlu sayda insan olduğundan tıxac yaranıb.
Buna görə də, Argentina hakimiyyəti milli komandanın oyunçularını helikopterlə təxliyə etməli olub.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında qalib gələrək ölkəyə qayıdan Argentina milli komandasının oyunçuları ilə görüşmək üçün 3-4 milyon insan Buenos-Ayres küçələrinə çıxıb. Sıxlıq səbəbindən artıq iki nəfərin öldüyü bildirilib.
Yığma komanda Argentina paytaxtının əsas simvolu olan daş abidənin yanından keçib.
Qeyd edək ki, dekabrın 18-də Argentina millisi DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edərək (3:3, penaltilər seriyasında 4:2) üçüncü dəfə kuboku qazanıb.
Bu hadisənin şərəfinə prezident Alberto Fernandes dekabrın 20-nin ölkədə istirahət günü elan edilməsi haqqında fərman imzalayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA