Arıqladıcı kofe və çaylardan istifadə edənlər oxusun
Xəbər verdiyimiz kimi, son zamanlar ölkəmizə "arıqlama çayı və qəhvələri" adı altında gətirilən çayların tərkibində güclü təsirə malik maddə hesab edilən "sibutramin" maddəsi aşkar edilib.
azxeber.com xəbər verir ki, bu maddə bir çox ölkələrdə, o cümlədən ABŞ və Avropa İttifaqında, 2010-cu ildən sonra müxtəlif ciddi problemlərə yol açma potensialı olmağı səbəbindən qadağan edilib.
Bəzi hallarda ölümə səbəb ola bilən sibutramin, bir zamanlar arıqlamaq üçün istifadə olunan dərman hesab olunub. O, iştahı azaldır və mədənin doyma hissini artırır.
Sibutramin, serotonin, norepinefrin və dopamin kimi beynin kimyəvi maddələrinə təsir edərək işləyir. Bu isə insanın yeməyə olan marağını azaltmağa kömək edir.
Təəssüf ki, maddənin təsiri sadəcə bunlarla yekunlaşmır. Sibutramin Yüksək qan təzyiqinə (hipertoniya) səbəb olur. Xüsusən yüksək təzyiqi olan insanlarda bu vəziyyət ciddi təhlükələrə yol aça bilər.
Sibutramin ürək sürətini artıra bilər və bu, ürək xəstəlikləri olan şəxslərdə (məsələn, ürək çatışmazlığı, infarkt riski) ölümcül nəticələrə səbəb ola bilər. Həmçinin, ürək ritmi pozulmaları (aritmiyalar) yarada bilər ki, bu da həyati təhlükə yarada bilər.
Maddə həmçinin insulta da səbəb ola bilir. Bununla yanaşı Sibutramin, beyindəki kimyəvi maddələri dəyişdirdiyi üçün, bəzi hallarda anksiyete, depressiya, qeyri-sabit emosional vəziyyət və hətta intihar düşüncələrinə səbəb ola bilər.
Sibutramin aşırı dozada alındıqda ciddi zəhərlənməyə, ürək dayanmasına və digər həyati təhlükəli vəziyyətlərə yol aça bilər.
Oksana

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək