Artıq Azərbaycanda onların işini süni intellekt görür - AÇIQLAMA

Artıq Azərbaycanda onların işini süni intellekt görür - AÇIQLAMAÖlkəmizdə fəaliyyət göstərən iri holdinqlər və böyük şirkətlər iş proseslərini qısaltmaq və xidmət keyfiyyətini artırmaq məqsədilə artıq müəyyən sahələrdə insan əməyini yeni texnologiyalarla əvəzləməyə başlayıb. Hazırda bu keçid daha çox xidmət, istehsalat, tikinti və satış sferalarında özünü büruzə verir. Ekspertlər xəbərdar edir ki, xüsusilə növbəti beşillikdə marketinq və birbaşa müştəri xidmətləri kimi sahələrdə işçi qüvvəsinə tələbat kəskin azala bilər. Belə bir rəqabət mühitində işsiz qalmamaq və əmək bazarında mövqe itirməmək üçün çalışan şəxslərin texnoloji yeniliklərə, süni intellekt (AI) proseslərinə uyğunlaşması və fərdi vərdişlərini sürətlə inkişaf etdirməsi artıq qaçılmaz tələbə çevrilir.
İnsan resursları meneceri Röyal Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, bu gün əmək bazarında artıq böyük şirkətlər, holdinqlər və miqyasına görə iri müəssisələrin əksəriyyəti bəzi sahələrdə insan əməyinin azaldılması istiqamətində addımlar atırlar:
"Onlar müəyyən proseslərdə insan resursunu minimuma endirmək və bunun əvəzində texnologiyaların imkanlarından daha geniş istifadə etmək qərarına gəlirlər. Əmək münasibətlərini analiz etdikdə görürük ki, bu tendensiya xüsusilə xidmət sektorunda daha çox hiss olunur. Eyni zamanda istehsalat və tikinti sahələrində də inkişaf etmiş texnologiyaların tətbiqi hesabına iş prosesinin sürətləndirilməsi və işə sərf olunan vaxtın azaldılması istiqamətində fəaliyyət aparılır. Təbii ki, bu dəyişikliklər qısa müddətdə baş verməyəcək və tam uyğunlaşma prosesi bəlkə də bir neçə onillik davam edəcək. Hazırda ölkəmizdə müasir texnika və texnologiyaların tətbiqi daha çox böyük şirkətlərdə müşahidə olunur. Çünki iri şirkətlərin bu sahəyə investisiya yatırmaq imkanları daha genişdir. Kiçik və orta müəssisələrdə isə həmin texnologiyaların tətbiqi üçün tələb olunan maliyyə resursları məhdud olduğuna görə bu proses daha zəif gedir". 
O bildirib ki, qarşıdakı beşillik dövrdə marketinq, satış və müxtəlif xidmət sahələrində insan əməyinin müəyyən qədər azalacağı gözlənilir:
"Çünki şirkətlər çalışırlar ki, həm xidmət keyfiyyətini yüksək səviyyədə saxlasınlar, həm də işçi sayını azaltmaqla xərcləri optimallaşdırsınlar. Bu istiqamətdə artıq bir çox şirkətlər planlaşdırma mərhələsinə keçiblər. Texnika və texnologiyaların sürətli inkişafı əmək bazarına birbaşa təsir göstərir. Bu səbəbdən hazırda çalışan və ya iş axtaran şəxslər növbəti illərdə şəxsi bacarıqlarının inkişafına daha çox diqqət ayırmalıdırlar. Xüsusilə texnologiya, rəqəmsal biliklər və süni intellekt istiqamətində biliklərin artırılması vacib amillərdən birinə çevrilir. İnsanlar bu yeniliklərə uyğunlaşmaq və əmək bazarında rəqabət qabiliyyətini qorumaq üçün davamlı şəkildə öz üzərlərində işləməlidirlər. Qeyd etdiyim kimi, həm xidmət, həm istehsalat, həm də satış sahələrində bu proseslər artıq müəyyən səviyyədə tətbiq olunmağa başlayıb. Şirkətlər yaxın illərdə əldə olunan nəticələri daha detallı şəkildə analiz edərək bu modelin effektivliyini qiymətləndirəcəklər. Nəticə etibarilə demək olar ki, əmək bazarında aktiv qalmaq istəyən şəxslər öz bilik və bacarıqlarını inkişaf etdirməyə xüsusi önəm verməlidirlər. Bu proses müəyyən maliyyə və zaman tələb etsə də, texnoloji inkişafdan geri qalmamaq gələcək üçün vacib məsələlərdən biridir". / azxeber.com

Sosial       Tarix: 23 may 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026