"Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm" - Renat Dadaşov
"Matça ciddi hazırlaşmışdıq. Çətin dönəmdən sonra qələbəyə inanmaqdan əl çəkmədik. Qol vurduğum üçün xoşbəxtəm. Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm".
KONKRET.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və "Qrasshopper" klubunun futbolçusu Renat Dadaşov evdə "Bazel"ə 1:0 hesabı ilə qalib gəldikləri İsveçrə Super Liqasının XVI tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Görüşdəki yeganə qolun müəllifi olan 23 yaşlı hücumçu komanda şəklində yaxşı müdafiə olunduqlarını bildirib: "Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan biri bu idi. Qarşılaşmanın əhəmiyyətini dərk edirdik və məhz bu səbəbdən 3 xal qazandıq".
Forvardın sözlərinə görə, mövsümün ilk yarısında çoxlu eniş-yoxuş olsa da, 20 xal toplamağı bacarıblar: "Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır".
Qeyd edək ki, Renat Dadaşov "Bazel"lə oyunun 34-cü dəqiqəsində fərlqənib.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir