Artıq Şuşanın yeni bir tarixi başlayır

Artıq Şuşanın yeni bir tarixi başlayırBu gün qürur və fəxrlə qeyd edirik ki, otuz iki ildən sonra vətəndaşlarımız doğma Şuşaya qayıdaraq öz ata-baba ocaqlarına dönə biliblər. Əlbəttə ki, bu qayıdış böyük bir qayıdış olaraq Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, əziyyəti hesabına əldə olunan böyük bir qayıdışdır. Biz artıq bütöv bir Azərbaycanda yaşayırıq. 
May ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın məhz Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.  Ölkə başçı sakinlərlə görüşdə qeyd edib ki, "Bu gün bizim qürur mənbəyimiz olan  Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər".
Bu gün qürur və şərəflə qeyd edirik ki, doğma Azərbaycanımız iqtisadi cəhətdən eləcə də güclü ordu potensialını yaradaraq dünya ölkələri sırasında öndə olan bir dövlətə çevrilə bilib. Ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı olan cənab prezidentimiz bu gün hər bir azərbaycanlının sözün həqiqi mənasında böyük qarantıdır.    
Sözsüz ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Hər bir Azərbaycan vətəndaşı Vətən müharibəsində əldə olunan qələbə sevinci ilə əbədi olan Zəfər tarixi ilə fəxr edir və edəcəkdir. O tarixi günlərin sevincini bölüşən ölkə başçısı şuşalılar qarşısında çıxışı zamanı deyib: "Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər". 
Ali Baş Komandanın qürurlu nitqini dinləyərkən qəlbim fərəhlə dolur. Çünki  mənim övladım İlqar Burcəliyev də torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən bir Vətən oğludur. 
Bir şəhid atası olaraq övladımın canı və qanı bahasına əldə olunan qələbənin sevinci qəlbimi hər zaman qürurlandırır. Hər bir azərbaycanlının doğma yurdlarımızda azad və firavan yaşamasını görmək qədər sevincli hisslərin xoşbəxtliyi izah olunmazdır. 
Bəli 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Məhz bu tarixin əsas qələbəsi isə Şuşanın azad olunması idi. Ali Baş Komandanın da dediyi kimi: "Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi". 
Artıq Şuşanın yeni bir tarixi başlayır. Buraya köçən hər bir ailə öz doğma yurdunda qurub-yaradacaq, Vətənin fövqündə qürurla addımlayacaq. 
Yaşasın müstəqil Azərbaycan !!!
Vüqar Burcəliyev
Abşeron rayonu, Şəfəq qəsəbəsi üzrə Mənzil İstismar Sahəsinin rəisi, şəhid İlqar Burcəliyevin atası / azxeber.com

Siyasi       Tarix: 13 may 2024
f Paylaş

Oxşar xəbərlər

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son xeberler 2026 az xeber sou biznes