Arutyunyan: "Ermənistan bir müddət sonra Qərbi Azərbaycana çevriləcək"
" class="imgbcode" />"Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı hakimiyyətin addımı dövlət maraqlarına uyğun deyil. Çünki ruslar Ermənistan-Türkiyə sərhədini daha yaxşı qoruyur".
KONKRET.az xəbər verir ki bu sözləri Şəbəkə Tədqiqatları İnstitutunun direktoru , politoloq Qaqik Arutyunyan bildirib. O daha sonra fikilərini belə əsaslandırıb:
"Bu məsələyə Ermənistanın təhlükəsizliyi nöqteyi-nəzərindən baxmalıyıq. Rus sərhədçilərin Ermənistandan çıxarılması indiki satqın hakimiyyətin həyata keçirdiyi böyük geosiyasi layihədir. Aydındır ki, Ermənistan hökumətinin məqsədi Rusiyanı bu bölgədən çıxarıb Türkiyəyə qucaq açmaqdır. İndi Rusiyanın Ukrayna cəbhəsindəki işləri uğurla gedir. Buna baxmayaraq, Moskva narahatdır və ona görə də düşünür ki, burada ikinci cəbhə aça bilsin.
Təbii ki, bütün bunlar sərhədlərimizdə fəlakətli vəziyyət yaradacaq. Odur ki, çalışmalıyıq Türkiyə ilə sərhədimizi məhz rus sərhədçiləri qorusun", – deyə Qaqik Arutyunyan izah edib.
Politoloqun fikrincə, Rusiya sərhədçiləri geri çəkilsə və Ermənistan-Türkiyə sərhədi nəzarətsiz halda qalsa, o zaman Ermənistan bir müddət sonra Qərbi Azərbaycana çevriləcək.
"Ermənistan tərəfi başa düşsəydi ki, o sərhədi qoruya bilər, Rusiya sərhədçiləri heç vaxt orada peyda olmazdı. Amma Ermənistan Respublikasının təhlükəsizliyinin əsas təminatçısı ruslardır. Bunu əvvəl-axır Nikol hökuməti başa düşməlidir. Geosiyasi baxımdan bu gün biz öz kimliyimizi qorumaq imkanını və Ermənistan-Rusiya münasibətlərinin qurulduğu təməlləri məhv edirik. Bu, Türkiyə və Azərbaycanın maraqları ilə üst-üstə düşən daha bir millətçi addımdır", – Qaqik Arutyunyan vurğulayıb.
"Mən başa düşə bilmirəm, əgər Ermənistanın lideri Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edirsə, onda Rusiya sülhməramlısı nə edə bilərdi? Ona görə də hər hansı bir addım atmazdan əvvəl çox düşünmək lazımdır", – deyə Qaqik Arutyunyan yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var