Astarada axtarışda olan silahlı şəxs polislər tərəfindən saxlanılıb

Astarada axtarışda olan silahlı şəxs polislər tərəfindən saxlanılıbAstarada keçirilən əməliyyat zamanı axtarışda olan əvvəllər 5 dəfə məhkum olunmuş silahlı şəxs polislər tərəfindən saxlanılıb.
Bu barədə KONKRET.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Astara rayon sakini 1978 -ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlunun qeydiyyatda olduğu evdə gizlənməsi, mənzilində və üzərində odlu silah, döyüş sursatı olması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Q.Ağayevin üzərindən "SUR M9" markalı tapança, həmin silaha aid 7 ədəd patron, qeydiyyatda olduğu ünvandan isə ümumilikdə 340 qram metamfetamin və marixuana, 100 ədəd metadon həbi, 1 ədəd qanunsuz saxlanılan ov tüfəngi, həmin silaha aid 8 ədəd patron, əlavə olaraq içərisində 7 ədəd patron olan tapança darağı aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə Q.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

Hadisə       Tarix: 10 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Bakıda qonşusunu qətlə yetirməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlı

Yaşayış kompleksində güclü yanğın: 14 ölü

Çinin Şansi əyalətinin Taiyuan şəhərindəki yaşayış kompleksində güclü yanğın baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qeyd olunub ki, yanğın nəticəsində 14 nəfər ölüb. Hadisənin təfərrüat

Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi

Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. xəbər verir ki, bu barədə TƏBİB-də

Bakıda baş redaktor həbs edildi - Foto

Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib. KONKRET. -a istinadla xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul almas

Bakıda kişi evində ölü tapıldı

Bakı sakini evində ölü halda tapılıb. -ınxəbərinə görə, hadisə Binəqədi rayonu, A.Məmmədov küçəsində baş verib. 44 yaşlı Ramil Rafiq oğlu Tağıyevin meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb

Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü

Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb. -a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahi

İzmirdə zavodda baş verən güclü partlayışda 16 nəfər öldü

Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilə

Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı

Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kəsirə Cəfərovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . KONKRET. -a istinadən xəbər verir ki, sonuncu keçirilə

Minaya düşən traktorçunun bir əli amputasiya olundu

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub. xəbər verir ki, hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovu


azerbaycan xeberleri son xeberler yeni xeberler novruz bayramı cəbhədən son dəqiqə xeberler az en son xeber