Astarı üzündən baha başa gələn 'Trendyol': Qiymətlər kəskin ARTIB

Astarı üzündən baha başa gələn 'Trendyol': Qiymətlər kəskin ARTIBTürkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"un Azərbaycana məhsulların çatdırılma xidmətinin qiymətlərində artım olduğu iddia edilir.
Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar olunur. Hətta bir neçə geyimin çatdırılmasına 40 manat pul verildiyi bildirilir. Qeyd edilir ki, çatdırılma xidmətinin qiyməti geyimlərdən daha çoxdur.
Bəs görəsən, qiymətlərin bahalaşması nə ilə əlaqəlidir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, iqtisadiyyatda hər hansı bir məhsulun yekun qiymətinin formalaşdırılması üçün onu əmələ gətirən xərclər önəmli faktorlardan biridir:
"Əgər məhsulu əmələ gətirən, onun realizə olunmasında çəkilən xərclər yüksəkdirsə, həmin məhsulun yekun qiymətində də həqiqətən fərqlər müəyyən olunacaq.
Bu, "Trendyol" platforması belədir. Hər hansı bir istiqamət üzrə qiymətlərdə artım müşahidə olunursa, o yekun tarifə də öz təsirini göstərəcək".
Ekspert qeyd edib ki, hər hansı bir məhsulun qiymətinin realizə edilməsində çəkilən xərclər artırsa, yekun qiymətə də təsirini göstərəcək:
"Artıq daşınma prosesi əvvəlkindən iki-üç dəfə baha olduğu üçün yeni tariflər tətbiq olunur. Bu iqtisadiyyatın qanunauyğunluğudur".
Məsələ ilə əlaqədar "Trendyol Azərbaycan" şirkətindən yeni bir qərar olmadığı bildirilib.
Xatırladaq ki, bir neçə ay öncə Türkiyənin məşhur onlayn alış-veriş şirkəti "Trendyol" Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi etmişdi. Şirkət qiymətləri 2.5 dəfə artırmışdı. Dəyişikliyə əsasən 79.99 türk lirəsi (4.23 AZN) hesablanan çatdırılma xidməti, 199.99 türk lirəsi kimi (10.63 AZN) hesablanırdı. / azxeber.com

Sosial       Tarix: 09 iyul 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bahalaşan mənzillər: Bakıda kirayə haqqı niyə artır?

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankını

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşları

Fermerə yeni vergi "sürprizi": 13 milyon manat üçün kəndlini niyə incidirik?

Hökumət əhaliyə "sürprizlərlə" dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır. xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:. O bildirib ki, diqqətimi çəkən aqrar sektorl

Bu şəxslər 40 manat cərimələnəcək

Son dövrlər skuterlərdən istifadə halları artıb. Lakin bəzi sürücülərin piyada səkilərində hərəkət etməsi piyadalar üçün təhlükəli vəziyyət yaradır. Bəs skuterlərin səkilərdə sürülməsi qanunla qadağandırmı? Qaydanı pozanlar

Tural Əlizadəyə vəzifə verildi

1 saylı Bakı DOST Mərkəzinə yeni direktor təyin edilib. -a istinadən xəbər verir ki, bu vəzifənin icrası Tural Əlizadəyə tapşırılıb. O, bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) insan resurslarını

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinat onun uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) və qurumun əvvəlki rəhbərlərinin də gündəm


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bu gun son.xeberler cəbhədən son xəbərlər 2026 ən son xəbərlər