Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün Gəncə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.
KONKRET.az xəbər verir ki, nənəsi 2013-cü il təvəllüdlü F.S-nin uşaq evinə verilməsini istəyir.
Qızdan öncə atası, bir müddət sonra isə anası imtina edib. O, körpə yaşlarından nənəsinin himayəsi altında yaşayıb.
Uşaqla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir və vəziyyət diqqətlə araşdırılır.
"Hazırda azyaşlı Gəncə Birləşmiş Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilir. Onun sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi təmin olunacaq.
Qeyd edək ki, əsas məqsəd uşağın təhlükəsizliyinin, sağlam inkişafının və sosial rifahının qorunmasıdır. Müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və proses nəzarətdə saxlanılır"."Qafqazinfo"
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?