Autizmli uşaqlara qarşı davranış qaydaları: Hər kəs bunları bilməlidir

Autizmli uşaqlara qarşı davranış qaydaları: Hər kəs bunları bilməlidirXəbər verdiyimiz kimi, dünən Bakıda liftə minmək istəyən autizm sindiromlu azyaşlıya qarşı zorakılıq edilib.
Qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan hadisə cəmiyyətdə autizmli şəxslərə münasibət və ictimai yerlərdə onlarla düzgün davranış məsələsini yenidən gündəmə gətirib.
 
Bəs autizmli uşaqlara qarşı davranışda nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı azxeber.com-a danışan psixoloq Aynur İsgəndərova bildirib ki, autizmli uşaqlara qarşı kobud rəftar onların davranışını dəyişmir, əksinə, vəziyyəti daha da ağırlaşdırır:
Autizmli uşaqlara qarşı davranış qaydaları: Hər kəs bunları bilməlidir"Bu uşaqlara qışqırmaq, onları vurmaq və ya zorla saxlamağa çalışmaq doğru deyil. Belə davranış onların stressini artırır və daha kəskin reaksiyalar verməsinə səbəb olur. Bəziləri qulaqlarını tutaraq uzaqlaşır, bəziləri isə fərqli reaksiyalar göstərir. Nəzərə almaq lazımdır ki, autizmli uşaqların bir qismi nitqi tam qavramır, bəziləri isə hətta adları ilə çağırılanda belə reaksiya vermirlər. Buna görə də onlarla ünsiyyətdə səbirli, sakit və anlayışlı olmaq vacibdir".
A. İsgəndərova qeyd edib ki, autizm sindiromlu övladı olan valideynlər yaşadıqları mühitdə insanları uşaqlarının xüsusiyyətləri barədə məlumatlandırmalı, onlarla necə davranılmalı olduğunu izah etməlidirlər:
"Əgər ailə hər hansı ərazidə yaşayırsa, fürsət düşdükcə qonşulara, məktəb kollektivinə, eləcə də uşağın tez-tez olduğu ictimai məkanlarda çalışan şəxslərə övladının autizmli olduğunu və ona necə yanaşılmalı olduğunu izah etməlidir. Çünki hər kəs autizmli uşaqlarla düzgün ünsiyyət qurmağı bilmir. Yanlış davranışla qarşılaşdıqda valideyn qarşı tərəfə uşağın vəziyyəti barədə məlumat verməli, onun davranışlarının autizmin xüsusiyyətlərindən irəli gəldiyini izah etməlidir".
Psixoloq liftdə autizmli uşağa qarşı baş verən zorakılıq hadisəsinə də münasibət bildirib. O vurğulayıb ki, belə hallarda uşağa qarşı fiziki müdaxilə və ya zor tətbiq etmək əvəzinə, sakit və anlayışlı yanaşma sərgilənməlidir:
"Əgər uşaq liftə daxil olmaq istəyirdisə, onunla maraqlanmaq, fiziki təmas və zorakılıq tətbiq etmədən valideyninə təhvil vermək mümkün idi. Uşağın diqqətini cəlb etmək üçün ona toxunmadan, göz səviyyəsinə enərək göz kontaktı yaratmaq daha düzgün yanaşmadır. Əgər valideyn övladını sərbəst şəkildə çölə buraxırsa, böyük ehtimalla uşaq autizm spektrinin ağır mərhələsində deyil və liftdən istifadə, mərtəbəni seçmək kimi gündəlik bacarıqlara yiyələnib".
Fəridə Əsədzadə

Sosial       Tarix: 07 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxəbərlər xeberler bugun sonxeberler