Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vuruldu
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.
KONKRET.az AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq yeniyetmə və gənc çempionluq uğrunda mübarizə aparıb.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500, 1000 metr, akademik avarçəkmədə isə 1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 metr məsafədə birinci olmağa çalışıb.
Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi "Mingəçevir Reqatası" beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaqlar.
Qeyd edək ki, AKAF-ın əsas prioritetlərindən biri ölkəmizdə yeniyetmə və gənclər arasında avarçəkməni təbliğ etmək, kütləviliyi artırmaqdır. Bu yöndə görülən işlər çərçivəsində il ərzində Bakıda və Mingəçevirdə mütəmadi olaraq ölkədaxili yarışlar keçirilir.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?