Avro-2024 bu gün başlayır

Avro-2024 bu gün başlayırBu gün Almaniyada futbol üzrə Avropa çempionatına start veriləcək.
KONKRET.az xəbər verir ki, Almaniyanın 2-ci dəfə ev sahibliyi edəcəyi turnirdə ümumilikdə 51 oyun baş tutacaq.
24 yığmanın iştirakı ilə keçiriləcək qitə çempionatının açılış matçında Almaniya və Şotlandiya yığmaları üz-üzə gələcəklər. Münhen şəhərindəki "Alyants Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək. Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.
İlk dəfə 1988-ci ildə Avropa çempionatına ev sahibliyi etmiş Almaniya turniri bir dəfədən çox təşkil edən 4-cü ölkədir. Milli komandalar səviyyəsində Avropanın ən mühüm yarışı indiyədək 14 fərqli ölkədə təşkil olunub.
Avro-2024 Almaniyanın 10 şəhərində və stadionunda keçiriləcək. Turnirə paytaxt Berlinlə yanaşı, Köln, Münhen, Frankfurt, Hamburq, Dortmund, Leyptsiq, Gelzenkirhen, Ştutqart və Düsseldorf şəhərləri də ev sahibliyi edəcək.
Qitənin ən güclü 24 yığması hərəsində 4 komanda olmaqla 6 qrupda mübarizə aparacaq. Qrupları ilk iki yerdə başa vuran komandalar və üçüncü yeri tutan ən yaxşı 4 kollektiv 1/8 finala yüksələcək. Qrup oyunları iyunun 26-da başa çatacaq.
İyunun 29-da 1/8 final mərhələsinin görüşləri start götürəcək. 1/4 final matçları iyulun 5-6-da, yarımfinal qarşılaşmaları isə iyulun 9-10-da oynanılacaq.
Avro-2024-ün final qarşılaşması isə iyulun 14-də Berlin Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatının son qalibi İtaliya millisidir.

İdman       Tarix: 14 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Yağışa görə bu oyun təxirə düşdü

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" – "Marafon" qarşılaşması təxirə salınıb. PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadə

Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu

İsmail Kartalın komandadan ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan "Fənərbağça"nın seçimi yerli mütəxəssis olub. KONKRET.azxəbər verir ki, türkiyəli futbol şərhçisi Rıdvan Dilmenin "X" hesabınd

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, II qrup. 23:45, Niderland – Yunanıstan;. 23:45

Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq

Azərbaycan milli komandasının heyətində Lixtenşteynlə keçiriləcək oyundan öncə dəyişiklik edilib. AFFA-nın saytına istinadən xəbər verir ki, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihab

"Fənərbaxça" "Liverpul"u məğlub etdi

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti matçları keçirilib. report-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub. "Sabah" səfərdə "Vikinq"i

PSJ-dən Arda Gülerə üçqat maaş təklifi

PSJ heyətini gücləndirmək üçün "Real"ın yarımmüdafiəçisi Arda Güleri transfer etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. Bildirilir ki, Paris klubu 21 yaşlı futbolçuy

Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edib

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Abu-Dabidə gürcüstanlı idmançı, UFC-nin keçmiş çempionu Merab Dvalişvili ilə insident yaşayıb. KONKRET.azxəbər verir ki, tərəflər arasında dava noyabrın 11-də otellərdən birinin foyesind

"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı

"Vikinq" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçına təyinatlar açıqlanıb. KONKRET.azxəbər verir ki, qarşılaşmanı Niderlanddan olan hakimlər briqadas

"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"a ududzuqları matçdan danışıb. xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasını


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler xeber son xabar kriminal xeberler