Avro-2024-ün finalına çıxan bütün ölkələr məlum oldu
Futbol üzrə 2024-cü ilin Avropa çempionatında iştirak hüququ qazanan bütün ölkələrin adları məlum olub.
KONKRET.az xəbər verir ki, ötən gecə keçirilmiş ilk pley-off matçında Gürcüstan Yunanıstanla qarşılaşıb.
Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltiər seriyasında isə daha dəqiq olan (4:2) Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib.
Günün digər oyununda Ukrayna İslandiyanı 2:1 hesabı ilə məğlub edərək Avro-2024-ə vəsiqə qazanıb.
Polşa isə Uelslə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Polşa penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələrək Avro-2024-də oynamaq hüququ qazanıb.
Beləliklə, Avro-2024-ün finalında oynayancaq bütün komandaların adına aydınlıq gətirlib.
Püşkatmanın nəticələrinə əsasən, komandalar aşağıdakı qruplara bölünüb:
A qrupu: Almaniya, İsveçrə, Şotlandiya, Macarıstan
B qrupu: İtaliya, Xorvatiya, İspaniya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, İngiltərə, Serbiya
D qrupu: Avstriya, Fransa, Niderland, Polşa
E qrupu: Rumıniya, Belçika, Slovakiya, Ukrayna,
F qrupu: Çexiya, Türkiyə, Portuqaliya, Gürcüstan
Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.
Turnir iyunun 14-ü Münhen şəhərindəki "Allianz Arena" stadionunda Almaniya-Şotlandiya oyunu ilə start götürəcək. Qrup mərhələsinə iyunun 26-da Portuqaliya-Gürcüstan oyunu ilə yekun vurulacaq.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto