"Avromed Company" MMC Ramazan bayramında uşaq sığınacağını ziyarət edib - FOTOLAR
Ölkənin qabaqcıl əczaçılıq şirkətlərindən olan "Avromed Company" MMC mübarək Ramazan bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib.
azxeber.com xəbər verir ki, korporativ sosial məsuliyyət prinsiplərini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edən şirkət bu dəfə "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət edərək uşaqların bayram sevincinə ortaq olub.
Ziyarət çərçivəsində "Avromed Company" MMC mərkəzin sakinləri olan uşaqların sağlamlığının qorunması və gündəlik ehtiyaclarının təmin edilməsi məqsədilə genişmiqyaslı dəstək paketi təqdim edib. Şirkət tərəfindən uşaqların immun sisteminin gücləndirilməsi üçün zəruri olan müxtəlif vitamin kompleksləri, bioloji fəallığa malik qida əlavələri və şəxsi gigiyena vasitələri birliyə təhvil verilib. Bu yardım uşaqların daha sağlam böyüməsinə və sığınacağın zəruri təchizatının yaxşılaşdırılmasına xidmət edir.
Göstərilən qayğı ilə yanaşı, uşaqların asudə vaxtının xoş və səmərəli təşkili də diqqət mərkəzində saxlanılıb. Gün ərzində təşkil olunan müxtəlif interaktiv oyunlar və əyləncəli proqramlar uşaqların bayram əhval-ruhiyyəsini daha da artırıb. Peşəkar yanaşma ilə təşkil edilən bu oyunlar uşaqların həm sosiallaşmasına, həm də özlərini cəmiyyətin dəyərli bir üzvü kimi hiss etmələrinə şərait yaradıb.
"Avromed Company" MMC gələcəkdə də sosial layihələrin həyata keçirilməsini və cəmiyyətin həssas təbəqələrinə yönəlmiş xeyriyyə təşəbbüslərinin davam etdirilməsini planlaşdırır.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən "Avromed Company" MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq məhsulları ilə təmin edir. Avromed müasir logistika şəbəkəsi və keyfiyyətli məhsulları ilə bazarda etibarlı lider kimi tanınır.






Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb