Avronun ucuzlaşmasının manatın məzənnəsinə nə kimi təsirləri ola bilər? - RƏSMİ AÇIQLAMA
"Avro digər valyutalara qarşı dəyərdən düşdüyü kimi manata nəzərən də son vaxtlar ucuzlaşır. Belə ki, ilin əvvəlindən bəri avro manata nəzərən təxminən 13 % ucuzlaşıb".
KONKRET.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd olunub ki, avronun dəyərdən düşməsi ilk növbədə avrozona ölkələrindən idxalı bir qədər ucuzlaşdırmaqla inflyasiyaya azaldıcı təsir göstərir: "Nəticədə məzənnə kanalı ilə inflyasiya idxalının məhdudlaşması baş verir".
Avronun məzənnəsinin daxili valyuta bazarındakı ümumi vəziyyətə təsiri ilə bağlı isə Mərkəzi Bankdan bildirilib ki, valyuta bazarında tarazlıq əsasən tədiyə balansından asılıdır: "Tədiyə balansının profisitli olması valyuta bazarında təklifin artımı ilə müşaiyət olunur. 2022-ci ilin I rübü üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti Ümumi Daxili Məhsulun 22,4 %-i səviyyəsində olub. İkinci rübdə tədiyə balansı üzrə müsbət meyillər davam edib".
Xidmetler [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu