Avropada günün maraqlı futbol qarşılaşmaları - AFİŞA

Avropada günün maraqlı futbol qarşılaşmaları - AFİŞABu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.
KONKRET.az xəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğu rəsmiləşən "Mançester Siti" "Çelsi"ni qonaq edəcək. Matç saat 19:00-da (Bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.) start götürəcək.
Fransa Liqa 1-də bu gün çempion müəyyənləşə bilər.
"Lans" səfərdə "Loryan"a uduzacağı təqdirdə PSJ "Oser"lə matçda bir xal qazana bilsə, mövsümün qalibi olacaq.
"Lans" heç-heçə edərsə, bu zaman qələbə PSJ-ni çempion edəcək.
Almaniya Bundesliqasında lider dəyişə bilər. "Bavariya"nın dünən "Leypsiq"ə məğlubiyyətindən sonra Dortmund "Borussiya"sı üçün zirvəni ələ keçirmək fürsəti yaranıb. Edin Terziçin komandası saat 19:30-da start götürəcək oyunda "Auqsburq"u yensə, son tura "Bavariya"dan iki xal üstün yollanacaq.
İtaliya A Seriyasında çempion "Napoli" "İnter"i qəbul edəcək.
Görüş saat 20:00-da başlayacaq. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan
"Latsio" isə "Udineze"nin qonağı olacaq. İspaniya La Liqasında ikincilik uğrunda yarışan komandalar meydana çıxacaqlar.
"Atletiko" saat 18:15-də "Osasuna"nı sınağa çəkəcək.
Saat 20:30-da isə "Real Madrid" "Valensiya"nın qonağı olacaq. Hazırda "kral klubu" 71 xalla 2-ci, "hindular" 69 xalla 3-cüdür.
Avropada günün maraqlı futbol matçları 21 may İngiltərə Premyer Liqası
19:00. "Mançester Siti" – "Çelsi"
Fransa Liqa 1
19:05. "Loryan" – "Lans"
22:45. "Oser" – PSJ
Almaniya Bundesliqası
19:30.
"Auqsburq" – "Borussiya" (Dortmund)
İtaliya A Seriyası
20:00. "Napoli" – "İnter"
22:45. "Udineze" – "Latsio"
İspaniya La Liqası
18:15. "Atletiko" – "Osasuna"
20:30. "Valensiya" – "Real Madrid"

İdman       Tarix: 21 may 2023
f Paylaş

Oxşar xəbərlər

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


azerbaycan xeberleri son xeberler yeni xeberler meherremlik 2026 son xeber cəbhədən canlı xeberler azerbaycan