Avropanın enerji təhlükəsizliyi Gürcüstan-Azərbaycan əməkdaşlığı vasitəsilə təmin olunur
Azərbaycanın xarici siyasət kursunda qonşu dövlətlərlə münasibətlərin gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır. Bu çərçivədə Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək siyasi, iqtisadi və humanitar sahələrdə dinamik inkişafı ilə seçilir. Tarixi dostluq və qarşılıqlı etimada əsaslanan bu münasibətlər son illərdə daha da möhkəmlənib. Dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və intensiv dialoq ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verir. Prezident İlham Əliyevin Gürcüstana son səfəri də bu əlaqələrin yüksək səviyyəsinin növbəti təsdiqi kimi qiymətləndirilir.
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə azxeber.com-a açıqlamasında bildirib ki, Gürcüstan-Azərbaycan münasibətləri nəqliyyat dəhlizlərinin sürətli və operativ inkişafını təmin edir:
Gürcüstan-Azərbaycan əlaqələri son 30 ildə geniş Avropa və Avrasiya məkanında ən strateji, möhkəm və dayanıqlı nəqliyyat dəhlizlərinin formalaşmasına gətirib çıxarıb. Həm şimal, həm də cənub istiqamətlərində nəqliyyat dəhlizləri müəyyən risk və təhdidlərlə üzləşir. Lakin Gürcüstan-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslanması bu nəqliyyat dəhlizinin sürətli və operativ inkişafını təmin edir.
Həm dəmir yolu, həm avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar, eləcə də son illərdə hava nəqliyyatı Avrasiya məkanında ən etibarlı tranzit marşrutlardan birinə çevrilib".
Deputat vurğulayıb ki, iki ölkə arasında yeni layihələr nəzərdə tutulur:
"İki ölkə arasında yeni layihələr nəzərdə tutulur, investisiyalar artır. Avropanın enerji təhlükəsizliyi böyük ölçüdə Gürcüstan-Azərbaycan əməkdaşlığı vasitəsilə təmin olunur. Bu isə yeni imkanlar və gələcək perspektivlər açmaqla yanaşı, ümumilikdə Cənubi Qafqazda sülh və əmin-amanlıq şəraitində inkişafa da təkan verəcək".
Şahanə Ziyad
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb