Avropanın nüfuzlu klubu Elvini istəyir
İntizamsızlığa görə "Qarabağ"ın əsas heyətindən qovulan Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər.
KONKRET.az futbolinfo.az-a istinadla xəbər verir ki, sol cinah müdafiəçisi ilə bu ölkənin "Panatinaikos" klubu maraqlanır.
Son mövsümü 4-cü pillədə bitirən Afina təmsilçisi Konfrans Liqasında iştirak edəcək. Komandanın sol cinah müdafiəçisinə ehtiyacı var. Bu mövqedə hazırda üst səviyyədə çıxış edən əsas futbolçuları yoxdur.
"Panatinaikos"a yeni baş məşqçi təyin olunub. 4 ildir ki, Danimarkanın "Kopenhagen" klubunun "sükanı arxasında" olan Yakob Neestrup yunanları çalışdıracaq. Cəfərquliyev isə danimarkalı mütəxəssisə tanış simadır. Belə ki, cari mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda onun çalışdırdığı "Kopenhagen" "Qarabağ"la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Həmin görüşdə isə Elvin "Matçın oyunçusu" seçilmişdi.
Görünən odur ki, Neestrup Azərbaycan yığmasının üzvünü izləməkdə davam edib və onu yeni komandasında görmək niyyətindədir.
Amma yunanların marağı hələ rəsmi təklifə çevrilməyib. "Qarabağ" müdafiəçisi üçün transfer haqqı istədiyindən keçid rahatlıqla başa gəlməyəcək.
Elvinə Serbiya "Partizan"ı və Portuqaliya "Braqa"sı da maraq göstərir.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA