Avtomobil sənayesində tarixi birləşmə - Sərfəli yeni model istehsal ediləcək
Çin avtomobil sənayesi sürətlə böyüməyə davam edir. Son illərdə qlobal bazarda mühüm yer tutan Çin avtomobil istehsalçıları daha da irəliləməyə çalışırlar.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Çinin iki nəhəng avtomobil şirkəti – "Changan" və "Dongfeng" birləşmə qərarı alaraq avtomobil sektorunda yeni bir dövr açmağı hədəfləyir. Bu birləşmə nəticəsində yaranan yeni şirkət dünyanın beşinci ən böyük avtomobil istehsalçısına çevriləcək.
"Changan" və "Dongfeng"in güclərini birləşdirməsi ilə təchizat zəncirinin optimallaşdırılması həyata keçiriləcək, tədarük prosesləri birləşdirilərək səmərəlilik artırılacaq, xərclər azaldılacaq və məhsul qiymətlərində üstünlük əldə ediləcək, yeni texnologiyalar və innovasiyalar daha sürətli inteqrasiya ediləcək.
Məlumata görə, bu birləşmədən Dongfeng-in premium avtomobil brendi Voyah daha çox faydalanacaq. Voyah-ın yeni Dreamer modeli Huawei-nin inkişaf etmiş ADS 3.0 avtonom idarəetmə sistemi ilə təchiz ediləcək və təxminən 55.000 dollara satışa çıxarılacaq. Bu model Huawei texnologiyalarına sahib ən sərfəli avtomobillərdən biri olmağa namizəddir.
İki avtomobil nəhənginin birləşməsi nəticəsində illik 4,6 milyon avtomobil satışı planlaşdırılır. Bu göstərici ilə Çinin ən böyük, dünyanın isə beşinci ən böyük avtomobil qrupu olacaqlar.

Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Tanınmış həkim həbs olundu