Axşama doğru yollar buz bağlayacaq - DYP-dən xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi buz bağlamış yollarda yarana biləcək fəsadlarla bağlı xəbərdarlıq edib.
azxeber.com xəbər verir ki, bu gün günün birinci yarısı havanın temperaturunun nisbətən yüksəlməsi səbəbindən yollarda qar-buz örtüyünün bir qədər əriməsi müşahidə olunub.
Lakin axşama doğru temperaturun mənfiyə doğru dəyişməsi ilə ərimiş su kütləsinin yenidən donması və yolların buz bağlaması gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı havada, xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.

AzTV-nin operatoru Yusif Yaqubov vəfat edib
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
3 oktyabr 1993-cü il – Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcı
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb - Yenilənib
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan YENİ SOSİAL PAKET açıqlaması
Manatla bağlı mühüm məlumat
Ronaldo ilə görüşə bilərlər
İlham Əliyev Cüdo Federasiyasının prezidenti ilə bağlı sərəncam imzaladı
"Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı
Bakı metrosunda ölüm hadisəsi - kişi vəfat etdi
Bu yolda yenə sürüşmə oldu: 8 kəndlə əlaqə kəsildi
Millimiz Litvaya qarşı