Aydan Əliyevanın konserti baş tutdu - FOTOLAR
Bakı Gənclər Mərkəzində Gənc bəstəkar, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Bəstəkarlar ittifaqının üzvü Aydan Əliyevanın yaradıcıllıq konserti keçirilib.
azxeber.com xəbər verir ki, konsertin təşkilatçısı Bakı Gənclər mərkəzi olub.
Konsertdə Aydan Əliyeva yazdığı klassik əsərlər və öz mahnı repertuarı ilə tamaşaçılar qarşısında fortepianoda ifa edərək eyni zamanda özü oxuyaraq çıxış edib.
Aydan Əliyevanın bəstələdiyi "Gecənin yağışı"(söz : Əli Qafarlı), "Çağırdım" (söz : Aydan Əliyeva, Tural Məmmədov), "Mənə bax" (söz :Tural Məmmədov), eləcə də "Şuşa-Cıdır düzü səhəri" pyesi, "Fortepiano üçün 2 prelud" əsərləri dinləyicilərin ən sevdiyi musiqi nömrələrindən olub.
Konsertdə eyni zamanda qonaqlar sırasında əyləşən bəstəkarın müəllimi, ona sənətdə dəstək olan Ruhəngiz Ələkbərova və mahnılarının sözlərində müraciət etdiyi yazar Cəvahir Tanrıverdi, Avstriyalı Cello ifaçısı John Varney də var idi.
Qeyd edək ki, bundan öncə gənc bəstəkarın ilk konserti yanvar ayında Qara Qarayevin ev muzeyində keçirilib.



Kurslar.az kurslar [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Tanınmış həkim həbs olundu