AZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçirib

AZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçiribAzərbaycan Hava Yolları (AZAL) Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa uçuşlara başlayıb.
azxeber.com xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın milli aviadaşıyıcısına məxsus təyyarə 9 noyabr tarixində Velana Beynəlxalq Hava Limanına uğurla ilk enişini edib. Sərnişinlər və uçuş heyəti hava limanında qonaqpərvərlik və dostluq rəmzi olan ənənəvi çələnglərlə səmimi qarşılanıblar.
"Bakıdan Maleyə birbaşa müntəzəm uçuşlara başlamaqdan məmnunuq. Bu uçuşlar cənnət tətili arzulayan səyahətçilər üçün yeni imkanlar yaradır. Azərbaycan bazarının qış turizmi üçün daha çox seçimlərə uzun müddətdir ki, ehtiyacı var və Maldiv adaları bu mövsümdə dünyanın ən məşhur istiqamətlərindən biridir", – deyə AZAL-ın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.
Maldiv Respublikasının Marketinq və İctimaiyyətlə Əlaqələr Korporasiyasının icraçı direktoru İbrahim Şiuri isə bunları qeyd edib: "Azərbaycan Hava Yollarını Maldiv adalarında salamlamaqdan məmnunluq duyuruq. Yeni birbaşa reyslər Azərbaycandan olan səyahətçilərə adalarımızın misilsiz gözəlliyini kəşf etmək imkanı verəcək".
"AZAL-ın Bakıdan birbaşa uçuşlar həyata keçirməsi Velana Beynəlxalq Hava Limanı üçün mühüm bir mərhələdir. Bu marşrut Orta Asiya ilə Maldivlər arasında vacib bağlantı yaradır və əsrarəngiz adalarımıza təşrif buyuran Azərbaycan turistlərini maneəsiz əlaqə və geniş səyahət imkanları ilə təmin edir", – deyə "Maldives Airports Company Limited" şirkətinin baş kommersiya direktoru Məhəmməd Mihad vurğulayıb.
Bakı-Male istiqamətində müntəzəm reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az/az/ saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
AZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçiribAZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçiribAZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçiribAZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçiribAZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçiribAZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçiribAZAL Bakıdan Maldiv adalarına ilk uçuş həyata keçirib

İqtisadiyyat       Tarix: 12 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Business School Bakıda ikincifilialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat vəsahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılardasahibkarlı

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber son xəbərlər cəbhədən görüntüleri xeber.az son xeberler