AZAL donanmasına dördüncü müasir "Airbus A320neo" əlavə olundu
AZCON Holding şirkətlərindənolan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti "Airbus A320neo" tiplimüasir təyyarə ilə gücləndirib.
AZAL-dan azxeber.com-a verilən məlumata görə,yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmət edir. Belə ki, "Airspace" kabini dahageniş salon, xüsusi oturacaqlar və böyük əl yükü bölmələri ilə sərnişinlərinrahatlığını artırır. Təyyarə, həmçinin müasir əyləncə sistemi, yüksəksürətli"Wi Fi" xidməti və biznes sinfində fərdi monitorlarla təchiz olunub.
"Airbus A320neo" yeni nəsil mühərriklərinəmalik olduğundan daha az yanacaq sərf edir, karbon emissiyalarını azaldır və6300 kilometrədək uçuş məsafəsi ilə regional və orta marşrutlarda səmərəli fəaliyyətgöstərir.
Yeni hava gəmisinin donanmayadaxil edilməsi əməliyyat səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının və ətrafmühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də yeniistiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından AZAL üçünxüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, yeni hava gəmisiAZAL-ın 28 təyyarədən ibarət donanmasında sayca dördüncü "Airbus A320neo"modelidir. Sərnişin təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi və marşrut şəbəkəsiningenişləndirilməsini əsas prioritet kimi müəyyən edən AZAL 2032-ci ilədəkdonanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir. Bu, AZAL-ındonanmasının modernləşdirilməsi strategiyası çərçivəsində atdığı növbəti mühümaddım olmaqla yanaşı, Bakı şəhərinin regionun aparıcı hava nəqliyyatqovşaqlarından biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir.


Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu