AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərədaha geniş səyahət imkanları təqdim etmək məqsədilə Dubayın daha bir havalimanına uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır.
azxeber.comxəbər verir ki, AZAL 2024-cü il noyabrın 8, 11, 13 və 20-də Bakı-Dubay-Bakı marşrutu üzrəəlavə reyslər həyata keçirəcək. Uçuşlar Bakı aeroportundan Dubayın Əl-MəktumBeynəlxalq Hava Limanına yerinə yetiriləcək. Bu hava limanının bir çox hotellərəyaxın yerləşməsi Dubaya səfəri sərnişinlər üçün daha cəlbedici edir.
Həmçinin AZAL Batumi istiqamətində uçuşları2025-ci ilin yanvarın 12-nə kimi uzadıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə— cümə və bazar günləri həyata keçiriləcək ki, bu da sərnişinlərə Gürcüstanın məşhurkurort şəhərinə səyahətlərini rahat şəkildə planlaşdırmaq imkanı verir.
Bundan əlavə, aviaşirkət 2025-ci il martın14-dən 28-nə kimi Batumiyə aviabiletlərin satışını elan edir. Səyahətçilərbahar tətillərində səfərlərini əvvəlcədən planlaşdıra bilərlər.
AZAL aviadaşımalara artan tələbatıqarşılamaq üçün müxtəlif addımlar atır və xüsusilə tələbatın yüksək olduğudövrlərdə sərnişinlərinə əlverişli şərtlər təklif etməyə çalışır.
Aviabiletləri rəsmi www.azal.az saytından,aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditəolunmuş agentliklərindən əldə etmək mümkündür.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var