AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olundu
AZCONHolding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti "AirbusA320neo" tipli müasir təyyarə ilə gücləndirib.
azxeber.com xəbər verir ki, yeni hava gəmisinin istismaraverilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.
"Airbus A320neo" 6300 km-dək uçuş məsafəsinə malikolmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyiilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbonemissiyaları təxminən 20% azaldılıb. Çevik və funksional "Airspace" kabini isədaha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri ("XLbins") sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununlayanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində quraşdırılmış fərdi monitorlarvə sürətli "Wi-Fi" xidməti ilə təchiz olunub. Biznes sinfi sərnişinləri və"AZAL Miles" proqramının müəyyən statuslu üzvləri "Wi-Fi" xidmətindən ödənişsizyararlana biləcəklər.
AZAL-ın uzunmüddətli inkişaf strategiyasındadonanmanın mərhələli şəkildə müasirləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsiprioritet istiqamətlərdəndir. Bu çərçivədə yeni təyyarənin donanmaya daxiledilməsi əməliyyat xərclərinin optimallaşdırılması, ətraf mühitə təsirinazaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni istiqamətlər üzrə uçuşimkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsini əsasprioritet kimi müəyyən edən AZAL-ın donanmasında hazırda 25 təyyarə mövcuddur və2032-ci ilədək bu sayın 50-dən çox olması hədəflənir. Buyanaşma ölkənin regional tranzit mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə,həmçinin AZAL-ın ən müasir və enerji baxımından səmərəli təyyarə parklarınamalik qabaqcıl aviaşirkətlər sırasında yer almasına xidmət edir.
Təyyarənin qarşılanma mərasimi ilə bağlı videonu linkəkeçid edərək izləyə bilərsiniz:
Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb