AZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir
Azərbaycanın milliaviadaşıyıcısı AZAL xidmət keyfiyyətini daha da artırmaq məqsədilə yeni onlaynxidmətlər təqdim etməyə davam edir.
azxeber.com xəbər verir ki, "GetTransfer", "Airalo" və "Booking" platformaları ilə əməkdaşlıq çərçivəsində aviaşirkət müştərilərinə əlavəimkanlar yaradır.
AZAL sərnişinlərinətəqdim olunan yeniliklərdən biri "GetTransfer"platformasıdır. Bu xidmət vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılıolmayaraq hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahətrahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir.
Bundan əlavə,aviaşirkət "Airalo"platformasının eSIM xidmətini də istifadəyə təqdim edir. Bu yenilik sərnişinlərəfiziki SIM-karta ehtiyac olmadan dünyanın istənilən yerində əlaqədə olmağaimkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobiloperator axtarmaq zərurəti aradan qalxır.
AZAL həmçinin "Booking"platforması ilə əməkdaşlıq çərçivəsində sərnişinlərə hotel rezervasiyası xidmətinitəklif edir. Bu yenilik sayəsində sərnişinlər yalnız uçuş biletlərini deyil,eyni zamanda səyahət müddətində qalacaq məkanlarını da əvvəlcədən planlaşdırabilərlər.
Qeyd edək ki,AZAL-ın rəsmi www.azal.azsaytında və mobil tətbiqində də yer almış xüsusi keçidlər vasitəsilə sözügedənxidmətlərdən faydalanan sərnişinlər üçün özəl kampaniyalar və endirimlər nəzərdətutulub.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var