AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin HESABAT - YENİLƏNDİ
Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrinə dair hesabatına əsasən hadisənin bir sıra yeni detalları məlum olub.
KONKRET.az nazirliyə istinadən məlumat verir ki, təyyarədəki yanğının əsas mənbəyi sağ qanad, gövdənin burnu və mərkəzi hissələri və sol qanad olub. Mütəxəssislər gövdənin quyruq hissəsində, şaquli stabilizatorda, sükanda müxtəlif ölçülü və formalı çoxsaylı açıq və qeyri-müəyyən zədələr aşkar ediblər. Oxşar zədələr təyyarənin sol mühərrikində və sol qanadında, həmçinin təyyarənin hissələri və komponentlərində aşkar edilib.
Bəzi yerlərdə zədələr düzbucaqlı formada olublar. Hesabatda indiyədək dərc edilməyən fotolar da öz əksini tapıb.
-ın məlumatına görə, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.//Report
Turlar.az [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu