Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTOLAR
İngiltərədə "Mançester Siti" azarkeşlərini daşıyan avtobus Karabao Kuboku finalına gedərkən yolda alovlanıb.
KONKRET.azxəbər verir ki, hadisə Qərbi Midlends bölgəsində, M6 avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, avtobus "Arsenal"la keçiriləcək final qarşılaşmasını izləmək üçün Uembliyə yollanan azarkeşləri daşıyırmış. Yanğın avtobus hərəkətdə olarkən başlayıb və nəqliyyat vasitəsi dərhal yol kənarında dayandırılıb.
Hadisə zamanı sərnişinlər operativ şəkildə təxliyə edilib. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.
Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunaraq alovu nəzarət altına alıb. Güclü alov və tüstü səbəbindən M6 yolunun bir hissəsi müvəqqəti bağlanıb, bu isə bölgədə nəqliyyatın hərəkətinə təsir göstərib.
Avtobus şirkətinin açıqlamasında bildirilib ki, bütün sərnişinlər və sürücü təhlükəsiz şəkildə xilas edilib. Azarkeşlər sonradan alternativ nəqliyyat vasitələri ilə Uembliyə çatdırılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır."Qafqazinfo"




Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü