Azər Türk Bank ikinci rübü mənfəətlə başa vurdu
Dövlət bankı Azər Türk Bankın 01 iyul 2021-ci il tarixinə aktivləri 335,4 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 174,5 milyon manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9% çoxdur.
Ümumi gəlirlər 14,4 milyon manatdan çox, xərclər 14 milyon manat olmuşdur. İkinci rübdə Bank 448 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən dəfələrlə çoxdur.
Məcmu kapitalın həcmi 50,8 milyon manat olmuşdur. Qeyd edək ki, Azər Türk Bankın məcmu kapitalının adekvatlığı 25,7%, leverec əmsalı 14% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan üç dəfəyə yaxın yüksəkdir. Kapitalın gəlirliyi (RoE əmsalı) 1,4 % səviyyəsində olmuşdur.
Cəmi bank öhdəlikləri 278,8 milyon manat təşkil etmişdir.
Əhali tərəfindən Banka qoyulan əmanətlərin həcmi ötən illə müqayisədə 5% çox, 43,8 milyon manat olmuşdur. Ümumilikdə Bank 129,5 milyon manat həcmində depozit cəlb etmişdir.
Aktiv plastik kartların sayı 79 430 ədəd olmuşdur ki, bu da ötən ilə nisbətən 36% çoxdur.
Bankın müştərilərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artaraq, 123 602 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Turlar.az [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək