Azər Türk Bank və 'Visa' beynəlxalq təşkilatı arasında əməkdaşlıq Memorandumu imzalanıb

Azər Türk Bank və 'Visa' beynəlxalq təşkilatı arasında əməkdaşlıq Memorandumu imzalanıbDövlət bankı Azər Türk Bank  və "Visa" Beynəlxalq Ödəniş Sistemiarasında rəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsi sahəsindəqarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Memorandumimzalanıb.
azxeber.com xəbər verir ki, memoranduma əsasən tərəflər mobil ödənişlər, rəqəmsal pul kisələri, tokenləşdirmə və müasir autentifikasiya texnologiyaları daxilolmaqla, onlayn əməliyyatları dəstəkləmək üçün güclü rəqəmsal ödənişinfrastrukturunun inkişafına öz töhfələrini verəcəklər.
Həmçinin təşkilatlar elektron ticarətə dəstək məqsədiləölkədə istehlakçılar üçün onlayn alış-veriş təcrübəsini təkmilləşdirərəke-ticarət platformaları üçün qüsursuz, təhlükəsiz ödəniş həllərinin tətbiqinidavam etdirəcəklər.
Eləcə də sənəddə KOB nümayəndələrinin həm oflayn, həmdə onlayn ticarətdə iştiraklarını qurmağa və genişləndirməyə kömək etmək üçünyeni həllərin hazırlanması və onlara müxtəlif ödəniş üsullarından istifadənin təşviqinihəyata keçirmək və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərinaparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. AzərTürk Bank tərəfindən istifadəyə verilən və Visa Cloud texnologiyasına əsaslananMobil POS həlli bu istiqamətdə atılan real addımlardan biridir.
Elektron əməliyyatların təhlükəsizliyini təmin etməküçün qabaqcıl təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi və saxtakarlığın dərhalaşkarlanması mexanizmlərinin tətbiqi də gündəmdə duran məsələ kimi qeydedilmişdir.
Memorandumda Azər Türk Bank və Visa təşkilatınınqarşılıqlı tərəfdaşlığı ilə rəqəmsal maliyyənin inkişafı üçün bir sıra digərmühüm istiqamətlər də yer almışdır.
Sənədə əsasən Visa beynəlxalq təşkilatının rəqəmsalbankçılığın inkişafı istiqamətində ərsəyə gətirdiyi yeni həllər tətbiq üçünilkin olaraq Azər Türk Banka təqdim ediləcəkdir.
Qeyd edək ki, bundan əlavə, Azər Türk Bank dünyaüzrə 500 milyona yaxın biznes tərəfdaşı olan, qlobal miqyasda ödənişlər etməyə,token ödənişlərini emal etməyə, həssas kart məlumatlarını saxlamağa və taksitödənişləri icra etməyə imkan verən Visa CyberSource e-ticarət platformasının daölkədə ilk partnyor Bankıdır. Həmçinin, Azərbaycan Mərkəzi Bankındanqanunvericiliyin tələbinə uyğun müvafiq lisenziyaları əldə edən elektron pul təşkilatlarıvə ödəniş təşkilatları ilə Azər Türk Bank innovativ həllərə əsaslanan səmərəli əməkdaşlıqüçün mühüm addımlar atılmışdır.

İqtisadiyyat       Tarix: 07 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər. xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələr

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit

44 gün Azərbaycan xalqının tarixində qürurla xatırlanan günlərdir. Yelo Bank bu münasibətlə Zəfər Gününü müştərilərinə faydalı və yadda qalan bir təklifə çevirir! Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə so


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər son xeber.az bugun xeberler apa.az xeberler