Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLARDövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib.
Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub və gül dəstələri düzülüb.
Göstərdiyi şücaətə görə igid əsgərimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Ölkə Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında Şəhid olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncamına əsasən döyüş zamanı şəhid olmuş "Azər-Türk Bank" ASC-nin əməkdaşı Rauf Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Qeyd edək ki, Rauf Əliyev 4 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, orta təhsilini Bakı şəhərində almış, daha sonra Azərbaycan Texniki Universitetində "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə ali təhsilini tamamlamışdır.
Tələbəlik illərindən etibarən informasiya texnologiyaları sahəsinə böyük maraq göstərmiş, proqramlaşdırma üzrə bilik və bacarıqlarını daim inkişaf etdirmiş, bir sıra beynəlxalq sertifikatlar əldə etmiş və xaricdə peşəkar təlimlərdə iştirak etmişdir.
2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirərək 28 avqust 2018-ci il tarixində Azər Türk Bankın İnformasiya Texnologiyaları Departamentinin Proqram Təminatı Şöbəsində mühəndis vəzifəsində işə başlamışdır. Daha sonra mühəndis-proqramçı və aparıcı mühəndis-proqramçı vəzifələrində fəaliyyətini davam etdirmişdir.
2020-ci ildə Vətən müharibəsi başladıqda könüllü olaraq cəbhəyə yollanaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına mübarizə aparmışdır. O, 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.
"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və bankın rəhbərliyi Rauf Əliyevin ailə üzvlərinin iştirakı ilə şəhidimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edib, onun timsalında bütün şəhidlərimizi hörmət və ehtiramla anmışlar.
Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq.
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLARAzər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLARAzər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLARAzər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLARAzər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLARAzər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR/ azxeber.com

İqtisadiyyat       Tarix: 23 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı

Türkiyənin dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarında bazar lideri olan Derimod 50 ildən artıq brend tarixini və pərakəndə satış təcrübəsini beynəlxalq böyümə strategiyasına daşıyır. "Vision 2030" strategiyas

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

AZAL cari ilin ilk doqquz ayını artımla başa vurub

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama

Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə müəyyən edilən yeni xidmət haqqı tariflərinin vətəndaşlara aid olub-olmaması məsələsi müzakirə yaradıb. Məsələnin aktuallığını nəzərə alaraq Mərkəzi Bankla (AMB


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun son xeberler bugun 2026 muharibe son xeberler az cəbhədən son xəbər