Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.
İdmançı yarımfinalda finişə hamıdan tez çatıb. O, 2000 metr məsafəyə yürüşdə birinci olub (07:40.67/07:40.67).
Bu nəticə ilə avarçəkənimiz əsas A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən, buradakı yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib.
Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib. Milli üzvü A finalında 2-ci olub.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında təmsil olunub.

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Prezident niyə "İstisu"yu özü ilə aparıb? – Detallar
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
İrem Dericinin nişanlısı saxlanıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
Unibank bankomat şəbəkəsini yeniləyir
Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO